Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində direktor vəzifəsinə təyin olunan Yusifzadə Günel Samo qızı, müdiriyyətə keçəndən sonra geniş müzakirə və tənqidlərə səbəb olmuşdur. Son 5 ildə direktorluq edən Günel xanım, bütün müəllimləri zorakılığa məruz qoyaraq məktəb mühitini qorxulu bir yerə çevirmişdir.
Məktəbdə etik davranış qaydalarına əməl etməyərək, mobbing və bullying halları həyata keçirir. “Burda mənim, Bağdadda kor xəlifə?” devizi ilə məktəbi idarə edən Günel xanım, “adamım da var, pulum da var” deyərək müəllimləri sıxışdırır. Etdiyi qanunsuzluqlara etiraz edənlərin səsi isə, heç bir nəticə əldə etmədən qəbuledilməz hala gəlir.
Son tədris ilində və bu il 11-ci sinif şagirdlərindən aylıq 200 manat alaraq dərsə gəlməmələrinə göz yummağı tələb edir. Üstəlik, müəllimlərdən üzünü görmədikləri şagirdlərə 5 qiymət yazmaqda israr edir. Müəllimlər qiymət yazmaqdan imtina etdikdə, direktorun zorakılığına məruz qalmaları qaçınılmaz olur.
Günel Yusifzadənin oğlu, Yusifzadə Togrulun adını məktəbə yazdırıb, müəllimlərdən ona 5 qiymət yazmalarını tələb edir. Müəllimlər bunun baş verməsini istəməsələr də, direktorun basqısı altında 2 il ərzində dərsə gəlməyən oğluna saxta attestat verərək bütün qiymətləri 5 yazmaqda məcbur olurlar. Qiymət yazmayan müəllimlər isə, direktor tərəfindən şiddətli töhmət alaraq, işdən çıxarılacağını eşidir.
Direktorun müditi altında olan mühit, müəllimlər üçün psixoloji əzab mənbəyinə çevrilmişdir. Belə bir şəxsin məktəbi idarə etməsi, təhsilin başında dayanması gülünc və yırtıcı bir haldır. Hər bir vəziyyəti pula çevirib qanunsuzluq edən Günel xanım, müəllimlərin məzuniyyətlərini belə, vakansiya aça bilmək üçün hədələyir. Müəllimlər isə, yoxlama gələ biləcəyi qorxusuyla, qanunsuzluğa ortaq olmaq istəmirlər.
Bu il Yevlax rayon Prokurorluğu və Maliyyə Nazirliyinin yoxlamaları, direktorun dövlət əmlakını mənimsəmək faktını aşkara çıxardı. Lakin direktor, bu tədqiqatlardan sonra da öz qanunsuz fəaliyyətlərinə davam edir. Hətta, bir şəhid bacısı olan Məmədova Tünzalının imtahanını ələ keçirərək, ona da hədə-qorxu gəlməkdən çəkinmir.
Direktorun mühiti o qədər qaranlıqdadır ki, ona tabe olmayan və etdiklərini yerinə yetirməyən müəllimləri danışmaq qadağası qoyur. Hər hansı müəllim, direktorla mübahisə edərsə, onu işdən çıxaracağı ilə də hədələnir. İnsanların bu dərəcə qul kimi, nökər kimi davranılması isə tamamilə qəbul edilən bir vəziyyət deyil.
Beləliklə, bütün aidiyyatı qurumları bu məsələyə müdaxilə etməyə çağırırıq. Məktəbdə baş verən cinayətlərə, müəllimlərin hüquqlarının pozulmasına göz yumarak, təhsilin keyfiyyətinin daha da pisləşməsinə səbəb olmamalıyıq.
Kaş ki… tehsilmedia.az
```