"AAAF Park: Söküntü və sakinlərin narazılığı"

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi yenə narazılıqlarla gündəmdədir
```html

Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksi yenidən narazıqlıqlarla gündəmdədir. Qeyd edək ki, ötən ilin sentyabrında tanınmış jurnalist Tural Museyibov "AAAF Park"da Ümummilli lider Heydər Əliyevə həsr olunmuş güsənin və onun yanında dövlət atributlarının təsvir olunduğu kompleksin söküntüsü ilə bağlı paylaşım etmişdi.

Sökülən kompleksin yerində nə inşa olunacağı ilə bağlı suallar ünvanlandıqdan sonra şirkət tərəfindən sözügedən güsənin yeniləcəyi barədə məlumat paylaşılmışdı. Lakin əldə etdiyimiz məlumata görə, həmin ərazidə söküntü işləri daha da genişləndirilib və mənzərə onu deməyə əsas verir ki, şirkət tərəfindən yeni tikinti layihəsi üçün məhz dövlət atributları ilə Ümummilli liderin fotosunun olduğu yer seçilib.

Vətəndaşlar da mövcud durumdan şikayətçidirlər. Sakinlərin sözlərinə görə, aparılan tikinti işləri binalara yaxındır və bu, onların gündəlik yaşayışına mənfi təsir edir. Maraqlıdır ki, yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də aparılan tikinti işlərindən xəbərsiz olduğu və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə razılaşdırılmadığı vurğulanır.

Həmin ərazinin sakinlərinin park yerinin olduğu da qeyd olunmaqdadır. Kompleksdə yaşayan vətəndaşlar artıq 5 aydır, mövcud vəziyyət ucbatından avtomobillərini park etməklə bağlı çətinliklər yaşayırlar.

Bununla yanaşı, AAAF binalarında liftlərin olmadığını, lift şaftlarının təhlükəli vəziyyətdə – açıq olduğunu qeyd edən sakinlər buna görə övladlarının təkbaşına çölə çıxmağa icazə vermədiklərini vurğulayıb. Liftlərin işləməməsi və şaftların təhlükəli vəziyyətdə olması ilə bağlı şirkətə şikayət ünvanlayan sakinlər heç bir şikayətə münasibət bildirilmədiyini də əlavə ediblər.

Qısacası, "Mülk Allahındır" şüarı ilə bir vaxtlar məşhur olan şirkətdən mənzil alanların yeganə çıxış yolları Allaha qalır. Çünki ərazidə gördüyü ən kiçik ərazilərdə belə yeni tikililər inşa etməyi, ən son Heydər Əliyev güsəsinin ərazisində belə obyekt tikməyi AAAF rəhbərliyinə Xırdalan şəhərində "gözün üstə qaşın var" demək mümkün olub.

Minlərlə sakin AAAF Park binalarında yaşadıqları N sayda problem azmış kimi park yerlərinin işğal olması da halının səbrini daşımaqdadır. Mövzuya qayıdağcğağıq.

Sonxeber.az

```
ÖNCEKİ HABER

"İlham Əliyev: Azərbaycanın Güclü Siyasəti və Qələbə"

SONRAKİ HABER

"Yevlaxda məktəb direktoru özbaşınalıq edir!"