Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti Fərid Əzizli, xidmətin rəisi general-polkovnik Elçin Quliyevə müraciət edib. Müraciətin səbəbi isə onun həyat yoldaşının DSX-nin Hərbi Hospitalında üzləşdiyi qanunsuzluqlardır.
Müraciətdə bildirilib ki, Fərid Əzizlinin həyat yoldaşı, Hərbi Hospitalda tibb xidməti kapitani rütbəsini daşıyır, ginekoloq və cərrah kimi fəaliyyət göstərir. Hərbi hospitalın rəisi polkovnik Sükür Eyvazov, xanim hərbi qulluqçuya qarşı qərəzli bir münasibət sərgiləyir. O, yoldaşını əsasız intizam cəzaları ilə işdən uzaqlaşdırmaq və ya xidmət yerini dəyişdirmək məqsədini güdür.
Fərid Əzizlinin yazdığına görə, polkovnik S.Eyvazov, Hərbi Hospitalda öz şəxsi maraqlarına uyğun həkim kollektivi formalaşdırmaq istəyir. Bu məsələ ilə bağlı 2024-cü il oktyabr ayında general-polkovnik Elçin Quliyevə müraciət olunub. DSX rəisi məsələyə müdaxilə etdikdən sonra, xanim hərbi qulluqçunun üzərindən intizam cəzaları götürülmüşdür.
Intizam cəzalarının hərbi qulluqçulara verilən mükafat pulunun faiz dərəcəsinə təsir etməsinə baxmayaraq, general-polkovnik Elçin Quliyev, daha humanist bir addım ataraq, Hərbi Hospitalın bütün heyətinin intizam cəzalarını bağışlamış və mükafat pulunun tam ödənilməsi üçün göstəriş vermişdir.
Fərid Əzizli, əvvəllər bəzi məsələlərdə general-polkovnik Elçin Quliyev əleyhinə düzgün mövqedə olmadığını etiraf etsə də, Elçin Quliyevin ailə üzvünə qarşı qərəzli, prinsipial münasibət sərgiləmədiyini vurğulayır. Hətta, xanim hərbi qulluqçunun rütbələrini vaxtında təqdim etdiyini və xidmətini medallarla qiymətləndirdiyini qeyd edir.
Bununla yanaşı, polkovnik Sükür Eyvazov, öz səlahiyyətlərini aşaraq, xanim hərbi qulluqçunun qanunla, dövlət tərəfindən müəyyən edilmiş əmək haqqını 2 aydır ki, kəsmişdir. Bu məsələlər ilə bağlı DSX-in rəisi general-polkovnik Elçin Quliyevə 13 yanvar 2025-ci il tarixində yenidən müraciət olunub. Fərid Əzizli, DSX rəisinin ədalətli qərar qəbul edəcəyinə inanır.
Bu müraciət, Dövlət Sərhəd Xidmətinin daxilindəki nizam-intizam və ədalət anlayışının ön planda olduğunu, eyni zamanda şəxsi maraqların xidmətin funksiyalarına mane olduğunu gözler önünə sərmişdir. Fərid Əzizli, Elçin Quliyevin müdaxilələrinin nəticəsində baş verən müsbət dəyişikliklərin göstəricisi olaraq xanim hərbi qulluqçunun hüquqlarının bərpa edildiğini bildirir və bu cür qanunsuzluqların qarşısının alınmasını gözləyir.
Müraciətdəki halların detalları, dövlət məmurlarının etik davranışlarını, habelə şəxsiyyətlərin məsələlərə müdaxiləsinin əhəmiyyətini vurğulayır. Fərid Əzizli, bu yöndə atılan addımları və edilən müraciətləri izləyərək, ədalətin yerini tapacağına dair inamını ifadə edir.