"Bahar Enerji: İşçilərin hüquqları pozulur!"

“Bahar Enerji” Əməliyyat Şirkəti (prezidenti Con Harkins,benefisiar sahibi gizli) uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb

“Bahar Enerji” əməliyyat şirkəti (prezidenti Con Harkins, benefisiar sahibi "gizli") uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalır. "Dia.az" məlumat verir ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədrinin, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının əmək məcəlləsinin "Maddə 178.1" bəndinə istinadla bildirdiyi kimi, "İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir..." qeydini vurğulamışdır.

Mirvari Qəhrəmanlı, işçilərin 25 yanvar tarixinə də işçinin Dekabr ayının əmək haqqını almadığını, işçilərin müxtəlif vaxtlarda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiklərini, lakin bu qurumun həmşələri kimi ölkəmin əmək qanunvericiliyini pozan işəgötürənin xeyrinə hərəkət etmədiklərini bildirmişdir. Onların özləri səbəbləri bilir. Xatırlatma: AR Məcəlləsi maddə 15!

“Bahar Enerji” əməliyyat şirkətinin fəaliyyəti ARDNS (20% paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27 aprel 2010-cu il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş "Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi" hasilatın pay bölgüsü Sazişi əsasında 01 oktyabr 2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNS tərəfi kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji-nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib.

Bahar Enerji şirkətinin əməlləri və işçilərə qarşı olan münasibəti, əmək hüquqlarının pozulması və müvafiq qanunvericiliyə ziddir. İşçilər aylıq əmək haqlarını ala bilməməsi nəticəsində sosial durumu ağırlaşmışdır. Həmçinin, bu cür qanunsuzluqların davamlı olması işçilərin hüquqlarının qorunmasında ciddi çatışmazlıqlara səbəb olur.

Bu vəziyyət, dövlət qüvvələrinin və müvafiq qurumların işəgötürənlərin fəaliyyətini nəzarət etməsində çatışmazlıqları göstərir. Mütəxəssislər, bu cür halların qarşısını almaq üçün daha sərt nəzarət mexanizmlərinin tətbiq edilməsinin vacibliyini vurğulayırlar. İşçilərin hüquqlarına riayət edilməsi üçün etibarlı və ardıcıl tədbirlərin görülməsi lazımdır ki, bu da əməyin hüququnu müdafiə edən təşkilatların və hüquq müdafiəçilərinin fəaliyyətinin dəstəklənməsi ilə mümkün ola bilər.

ÖNCEKİ HABER

"İş yerində xəsarət alan əməkdaşdan şikayət"

SONRAKİ HABER

Rasilə Əliyeva namizədliyini geri götürdü!