Ölkənin qanuni lotereya və idman mərcləri oyunları operatoru “Az?rlotereya” ASC, innovativ yanaşmaları və oyunçulara təqdim etdiyi geniş yeniliklərlə ölkənin lotereya sektorunda şlam?tdar bir səhifə açır.
“Sehrli Sans Gec?si” adlı təqdimat mərasimində şirkətin tirajlı lotereya oyunlarının dəyişilən loqoları, eləcə də rəsmi veb-saytı nümayiş etdirilərək oyunçuları sevindirən yeniliklərə imza atılıb.
Əsas yeniliklərdən biri “Meqa 5/36” oyununu əvəzləyən “Besd? 5” lotereyası olub. Bu oyunda 36 rəqəm arasından 5 sevimli rəqəmi seçməklə hər gün 50,000 manat böyük uduş qazanmaq şansı var. Artıq son 2 həftədə “Besd? 5” lotereyasında 3 dəfə 50,000 manat udulub. Bundan əlavə, “4+4” lotereyasında 500,000 manatdan çox cekpot oyunçuları gözləyir, “Super Keno”da isə böyük uduşun məbləği 1,000,000 manat təşkil edir.
Daha sonra “Sehrli Sans Gec?si”ndə “Az?rlotereya”nın tamamilə yenilənmiş rəsmi veb-saytı təqdim olunub. Artıq istifadəçilər saytında onlayn şəkildə oyunları oynamaq və öz şanslarını yoxlayaraq qazanmaq imkanı əldə edirlər.
Təqdimat mərasimində çıxış edən “Az?rlotereya”nın İdarə Heytinin sədri Osman Karakuş, şirkətin son 3 ild? qazandığı çox saylı nailiyyətlərdən, cəmiyyətimizin inkişafına töhfə verən sosial layihələrdən bəhs edib. O, bildirib ki, şirkət şəffaf fəaliyyəti, müasir innovativ yanaşması ilə müştərilərə bir-birindən maraqlı və əyləncəli şans oyunları təqdim edir.
Eyni zamanda, sevimli rəqəmlər həyatını dəyişir şüarı ilə lotereya oyunlarının qədim ənənəsindən, bu vaxta qədər keçdiyi uzun yoldan danışılıb. Gecənin sonuna musiqili şou proqram ilə davam edilib.
Bu tədbir, “Az?rlotereya”nın fəaliyyətini genişləndirmək və müştəri bazasını artırmaq məqsədini güdür. Böyük uduşlar, maraqlı oyun formatları və yenilikçi təkliflər ilə, şirkət bütün oyunçulara müxtəlif və əyləncəli imkanlar təqdim etməyə davam edir. Geniş oyun seçimi, yüksək mükafatlar və innovativ yanaşmalarla, “Az?rlotereya” ölkədəki lotereya bazarının inkişafında mühüm rol oynamaqdadır.
Bu tədbirdə iştirak edən bütün qonaqlar, yeniliklər və təqdimatlar haqqında maraqlı məlumatlar əldə edərək, lotereya dünyasının fərqli tərəflərini kəşf etdilər.
"Az?rlotereya: Yenilikl?r v? Böyük Uduşlar"
Ölkənin qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC innovativ yanaşmaları və oyunçulara təqdim etdiyi geniş yeniliklərlə ölkənin lotereya sektorunda əlamətdar bir səhifə açır