Bazarstorela bağlı ciddi şikayətlər var.
“Azərsun Holding” tərəfindən ona qarşı haqsızlıq olduğunu iddia edən Mehdiyev Kamran, Patrulaz.az qaynar xətinən olan müraciətində bildirib ki, hərbi xidməti bitirdikdən bu günə kimi 11 il ərzində “Azərsun Holding”in “Bazarstore” mərkəz deposunda xidmət edib.
Bu illər ərzində işinə sadiq qalan əməkdaşın xidməti ilə bağlı heç bir problem və əksiklik olmayıb və o, hər zaman tapşırılan işin məsuliyyətli yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşıb. “Anbardar-nəzarətçi” vəzifəsində çalışmasına baxmayaraq, funksional olaraq “Baş anbardar” vəzifəsini icra edən vətəndaş, son dövrdə lojistik işlərin çoxalması ilə yanaşı fiziki işlərdə xidmət edən işçilər zamanla əmək haqqı azlığına görə tez-tez işdən ayrılır və yerinə gələn yeni işçilərə işləri öyrətməklə yanaşı, xidmətin gecikmələri səbəbi ilə onlara iş saatlarından əlavə saatlarda da köməklik edib.
Yalnız o deyil, digər işçilər də hər sahə ilə bağlı illərdir evlərinə çörək apardıkları şirkətə sadiq qalaraq, illərinin gəlinin ən yaxşısını edərək, müvəqqəti çətinlik olduğunu və hər şeyin yoluna düşəcəyini ümid ediblər. Lakin, heç də gözlənilən kimi olmayıb. Son iş günlərinin səhər saatlarında ilk olaraq “Nəqliyyat” bölməsini, daha sonra digər işçiləri tək-tək insan resurslarından çağıraraq məcbur “öz xahisimlə” qeydli ərizə yazdırıb işdən azad ediblər.
Səbəb olaraq iş dəqiq məlumat verilməyib, sadəcə “Azərsun Holding”in rəhbərliyindən gələn tapşırığa əsasən lojistik müdürü Ceyhun Quliyev ilə birbaşa bağlı olan hər bir cavabdeh şəxs işdən azad olunmalıdır” deyilib. Bir çox işçinin işsiz qalmasına səbəb olan məsələ hərə nədirsə, araşdırılıb. Əsas səbəbkarın cəzalandırılmasını istəyən Kamran Mehdiyev bir neçə quruma müraciət etsə də, öz ərizə ilə işdən azad olunduğuna görə bir tədbir görüləcəkdiyini deyilib.
Lakin, ərizənin məcbur yazıldığını deyən vətəndaşımız haqsızlığa göz yummayacağını və mübarizə aparacağını bildirir. Onu da nəzərinizə çatdıraq ki, holdinqdə olan bu qarışıqlıqların rəhbərlik dəyişdikdən sonra baş verməyə başlaması və Azərbaycan vətəndaşlarının işdən çıxarılaraq, yerinə yüksək maaşla Türkiyə vətəndaşlarının götürüldüyü iddia edilir.
Qeyd edək ki, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözal ötən ay vəfat edib.
