"FHN Rəhbəri: Mülk və Biznes İddiaları"

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş idarəsinin rəisi Qəşəm Məmmədovun biznes fəaliyyəti ilə də məşğul olduğu iddia edilir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş idarəsinin rəisi Qasım Məmmədovun biznes fəaliyyəti ilə məşğul olduğu iddia edilir.

Redaksiyamıza daxil olan məlumatda FHN-nin idarələrini səlahiyyəti çərçivəsində təftiş edən Qasım Məmmədovun özünün də təftişə ehtiyacı olduğu deyilir. Məlumata görə, məmurun Bakıda taxta-salban biznesi var. İddia olunur ki, Qasım Məmmədov sözügedən biznesi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədrlik etdiyi zaman qurub.

Q. Məmmədov hazırki vəzifəsindən əvvəl, Dövlət Gömrük Komitəsinin (DGK) İri Tədiyyəçilər İdarəsinin rəisi işləyib. Elə həmin dövrdə gömrükdə ən varlı məmurlardan sayılan Q. Məmmədova "Tuz Qasım" ləqəbi qoyulub. Hazırda Q. Məmmədovun həyat yoldaşının Dövlət Gömrük Komitəsinin Gömrük Hospitalında həkim, qızının isə həmin qurumda Planlama Marketing İdarəsinin müavini vəzifəsində çalışdığı iddia olunur. Oğul da FHN-də çalışır. Q. Məmmədovun ailə üzvlərinin adına Azərbaycanda və xaricdə çoxsaylı mülklərin olduğu da bildirilir.

Redaksiyaya təqdim edilən siyahıda Bakıda "Varovski" kimi tanınan ərazidə çoxmərtəbəli villa, Buzovna və Mərdəkan da 2 mərtəbəli bağ evi, Bakı şəhərində bir neçə yerdə mənzil, Qax rayonunda bağ evi, Türkiyənin kurort bölgəsində yay tətil evi və s. mülklərin ünvanları qeyd edilir. Bundan əlavə, idarə rəisi Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə orada da dövlətdən iki ədəd ev almaq üçün özünü və ailə üzvlərini növbəyə yazdırıb. Yeri gəlmişkən, Q. Məmmədov 13.04.1958-ci il tarixində Xocavənd rayonunda doğulsa da, Cəbrayıl rayonunda qeydiyyatdadır. Bildirilir ki, məmurun ailəsinin bahalı avtomobil kolleksiyası da mövcuddur.

Bu kolleksiyaya 10-KG-800 nömrə nişanlı, 2016-ci il buraxılışlı "Land Rover Discovery", 10-SS-... nömrə nişanlı, 2021-ci il buraxılışlı "Ford Fusion", 10-TQ-00 nömrə nişanlı, 2024-cü il buraxılışlı "Hyundai Grandeur" hibrid, həmçinin "Niva" və "Mercedes" markalı avtomobillər daxildir. Bundan əlavə, iddia olunur ki, Qasım Məmmədov FHN-də şəxsi sürücü statusuna öz yaxın adamının adını yazdırsa da, xidməti avtomobilini də özü idarə edir.

Məlumatlarla bağlı əməkdaşımız adıçəkilən idarə rəisi Qasım Məmmədovla əlaqə saxlayıb. O, əvvəlcə taxta-salban biznesindən danışıb: "Mənim Cəbrayılda bu biznesim olub. Amma torpaqlarımız işğal edildikdən sonra sözügedən biznesim məhv oldu. Sonra dövlət qurumlarında fəaliyyətə başladım və hazırda heç bir biznesim yoxdur." İdarə rəisi həyat yoldaşının evdar qadın olduğunu və ona məxsus yalnız bir evin olduğunu bildirib: "Mən heç Buzovna və Mərdəkan yolunu belə tanımıram. Allah eləməmişsin, mənim çoxlu pulum olsun və mən bunu heç arzulamıram da... Badamdarda da evim yoxdur. Avtomobillərə gəlincə, yalnız 2016-ci il buraxılışlı "Land Rover Discovery" avtomobilim var." İdarə rəisi sayta açıqlama verdikdən bir neçə dəqiqə sonra "Land Rover Discovery" avtomobilini elan saytlarının birində 76 min 500 manata satışa qoyaraq linkini Qaynarinfo-ya göndərib: "Olanım bircə bu idi, onu da satısa qoydum. Satdıqdan sonra Cəbrayılа köçəcəm və sözügedən vəsaiti orada xərcləyəcəyəm."

Əhməd, (Qaynarinfo)
ÖNCEKİ HABER

"Sakinlər 4 ildir evsiz, MTK dan narazılıq"

SONRAKİ HABER

"Bazarstore"da işdən azad edilmələr şiakayı artırır!