**Bakıdakı Su Xidməti Cərimələrdə Qanun Pozuntusu**

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunlarını ayaq altına atır
Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidməti, qanunları ayaq altına atmağa davam edir. 2024-cü ilin dekabr ayında Bakı şəhərində bu xidmət tərəfindən çoxsaylı yaşayış komplekslərinə külli miqdarda cərimələr yazılıb. Araşdırmalar zamanı məlum olur ki, bu cərimələrin qanunun heç bir maddəsinə əsaslanmadığı ortaya çıxıb. Maraqlıdır ki, Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidməti əməkdaşları yazdıqları cərimələrin səbəblərini açıqlamayıb və cərimələrin aktlarını binaları idarə edən MMMC-lərə təqdim etməyib. Nəzərinizə çatdırırıq ki, "Su Tchizatı və tullanti suları haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu qanun 28 oktyabr 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Normativ hüquqi akt Azərsu Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi çərçivəsində fəaliyyət göstərən Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidmətinin əsas fəaliyyət istiqamətlərini müəyyən edir. Sənədin 72-ci maddəsində deyilir ki, "Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar". Təəssüf ki, yeni ad dəyişsə də, Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidməti mütəmadi olaraq qanunlarımızı pozmağa davam edir. Buna görə də qurumun vəzifəli və cavabdeh şəxslərinə "gözün üstə qaşım var" deyən tapılmur. Bu həqiqət, 2024-cü ilin dekabrın 28-də Yasamal rayonu, Hüseyn Cavid prospekti bina 73-də baş vermiş hadisələrdə daha aydın görünür. “Yasamal -37” Mənzil Mülkiyyətdarlarının Müstəqil Cəmiyyəti idarəçiliyində olan binaya Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidməti əməkdaşları 2030 AZN borc yazıblar. Gülməli olsa da, xidmətin əməkdaşları yazdıqları cərimənin aktını bu günə qədər “Yasamal -37” Mənzil Mülkiyyətdarlarının Müstəqil Cəmiyyətinə təqdim etməyib. Bina sakinlərinin və “Yasamal -37” Mənzil Mülkiyyətdarlarının Müstəqil Cəmiyyəti İdarə Heyətinin üzvlərinin israrçı tələblərinə baxmayaraq, artıq 40 gündən artıq bir müddətdə bu aktlar verilməyib. Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidməti isə iddia edir ki, “Yasamal -37” Mənzil Mülkiyyətdarlarının Müstəqil Cəmiyyəti idarəsində olan binanın hovuzunda su axıntısı mövcuddur və binanın hovuzunda üzgüçü (suyun dolmasını bildirən və bağlayan) yoxdur. Həmçinin, Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidməti əməkdaşları iddia edir ki, binanın zirzəmisində qanunsuz su axıdılır. Ancaq maraqlı bir məqam odur ki, xidmətin əməkdaşları cərimə yazaraq, dərhal binadan qaçıb gediblər. Bu, qanun pozuntusudur. Bir neçə gün sonra xidmətin yoxlayıcıları binada yoxlanış aparıblar. Maraqlıdır ki, yoxlayıcılar binada heç bir su axıntısının olmadığını bildiriblər. Yoxlama zamanı, onlar binada əlavə su xətinin olmadığını da qeyd ediblər. Lakin bu dəfə də xidmətin əməkdaşları tərtib edilən aktı “Yasamal -37” Mənzil Mülkiyyətdarlarının Müstəqil Cəmiyyəti idarəçilərinə təqdim etməyi unudublar. Bu vəziyyət, Azərbaycanın Nazirlər Kabinetinin qanunlarını belə ayaq altına alan Iri Şəhərlərin Birleşmiş Su Tchizatı Xidmətinin tezliklə problemin həlli yolunu tapacağına ümid verilir. Ulusal.az
ÖNCEKİ HABER

"49 İldəki Dönüşüm: 17 Yaşımda Yeni Başlanğıc!"

SONRAKİ HABER

"Küpünkçi Kənd Məktəbi Təmirə Ehtiyac Duyur!"