"49 İldəki Dönüşüm: 17 Yaşımda Yeni Başlanğıc!"

Düz 49 il əvvəl qarlı,şaxtalı,tufanlı,9 fevralda bu dünyaya qeyri-adi bir ruh gəldi – o mən idim! Tanrı məni seçərək bu dünyaya ilk övlad,ilk nəvə daha sonralar bir ocağa ilk gəlin olmağımı taleyimə yazdı

Düz 49 il - Bir Döyüşçünün Hekayəsi

9 fevralda bu dünyaya qeyri-adi bir ruh gəldi – o mən idim! Tanrı məni seçərək bu dünyaya ilk övlad, ilk nəvə və daha sonralar bir ocaga ilk gəlin olmağıma taleyim? yazdı. Numeralogiya elmində, fəlsəfi hikməti dərin, müqəddəs, sehirliliyi olan 9 rəqəmi doğum tarixim oldu. Ayın 9-u doğulanlar döyüşçü ruhu ilə doğulurlar. Bəli, həyat yolum bu günə kimi döyüş yolu, özüm isə ordularla savaşan bir döyüşçü oldum...

Yaradana minnətdaram ki, belə güclü ruhda məni dünyaya göndərib. Budur, daha bir irəliləyir ili... Çətinliklərim və qorxularımla Allah məni sadiq qalmağa yazdı və illərimə daha bir il əlavə etdi!

Deyirlər ki, oğullar analar dünyasını dəyişdirdikdən sonra, qızlar isə ataları bu dünyadan köçdükdən sonra böyüməyə başlayır. Mənim dünyam olan atamı düz 17 il olacaq ki, itirmişəm. Həqiqətən də, mən o gündən böyüməyə başladım, nəhlərdən keçmədim ki...

Odur ki, mənim bu gün 49 yox, 17 yaşım tamam olur. Hələ ömür qabaqdadır, yetim yaza çıxar, yamanlıq qis qalar...

Sevginin, ağrının və sirr hadisələrinin yaşandığı bir dünyada yeni yaşımda dirçilişimin ömür boyu sülh, sağlamlıq və xoşbəxtliklə keçməsini arzulayıram. Özüm özümü təbrik edirəm!

Səfıq, yeni yaşın mübarək! Səfıq Agacan

ÖNCEKİ HABER

"Heyvan kəsimi mərkəzləri artıb, amma hələ də boşluqlar var"

SONRAKİ HABER

**Bakıdakı Su Xidməti Cərimələrdə Qanun Pozuntusu**