X?b?r verdiyimiz kimi, sabah S?bail rayon m?hk?m?sind? qida sektorunun tanınmış sirkətlərindən olan “Delta Qrup C.O” MMC-nin isin? baxilacaq. Sirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandirilir.
“Delta Qrup C.O” sirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydalarına qarşı olan 430.4-cü maddəsini pozduğuna dair iddialar var. Tələb pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
MMC ilə bağlı iş sabah, 25 aprel tarixində S?bail rayon M?hk?m?sind? hakim Az?r Tagiyevin sədrlik etdiyi ilə baxılacaq. Xatırladaq ki, hüquqşünas İkrəm Həsənov IXM-in 430.4-cü maddəsi barəsində danışarkən bildirmişdi ki, istənilən sirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Sifariş verilən mal ölkəyə gəlmədiyi üçün sifarişi verən sirkət cərimələnir.
Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxartması anlamına gəlir. Bu, cərimələrin tətbiq edilməsinə gətirib çıxarır. “Delta Qrup C.O.” MMC 1999-cu ildən fəaliyyət göstərir. Sirkət “Anchor”, “????????”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi brendin Azərbaycanda rəsmi distribyutoru olaraq tanınır. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları (marka “Çörəkçi”), un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən böyük fabriki var.
“Moskva”, “Qiz qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir. Bu məlumatların yanında, MMC rəhbəri Cahangirzadə Məhəmməd Niyaz oğlu, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cahangirov Anar Niyaz oğlunun qardaşıdır. Qərşı tərəfi dinləməyə hazırıq.