Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın İnkişafı
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsi bu gün hər bir vətəndaşımız tərəfindən hiss edilir. Onun qətiyyəti sayəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmlənmiş, ölkəmiz inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri danılmazdır. Onun Azərbaycanda hakimiyyəti qaytardıqdan sonra ölkəmizdə bütün sahələrdə inkişaf baş vermiş, uzunmüddətli perspektiv açılmışdır.
Ulu öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi şaxələrinin möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşı halına çevrilməsində, sözün həqiqi mənasında, böyük islahatlar həyata keçirmişdir. Heydər Əliyev milləti bütün bəladan qoruyaraq respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını alaraq milli qurtuluşu təmin etmişdir. Heydər Əliyevin sayəsində yeni yüzillik və yeni minilliyin müstəqil dövləti kimi qeydə alınması tariximizdə ilk dəfə baş vermişdir və bu, əbədi proses olacaqdır.
" Mənim həyat amalım, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub " - deyən Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət, bu sözlərdəki gerçəkliliyi dəfələrlə təsdiqləmişdir.
Uzun illər keçəcək, lakin çiçək açan Azərbaycanın vətəndaşları, dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanı gələcəyini təmin edən bu dahi insanı unutmayacaqlar. Heydər Əliyevin yorulmaz əməyilə qoyulmuş bu dayanıqlı inkişaf, ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq birlikdəki yerini möhkəmləndirmiş, söz sahibinə çevrilmişdir. Qətiyyən deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, iradəsi hesabına qazanılmışdır.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.
Aysel Mənsimova - politoloq