Mayin 10-da xalqimizin Ümummilli lideri Heyd?r ?liyevin anadan olmasinin 102 ili tamam olur. O, Az?rbaycan xalqinin yaddasinda qurucu və xilaskar dövl?t xadimi, milli lider və xalq m?həbbətini qazanan önd?r kimi qalmışdır. Xalqimizin tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatda, dövl?t quruculuğunda misilsiz xidmətlər göstərən Heyd?r ?liyev xalqimizin milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimizdir.
Ümummilli Lider Heyd?r ?liyevin adı Az?rbaycan xalqinin t?xminən 40 illik bir dövrünü ?hatə edən tarixinin simvoluna çevrilib. Müasir Az?rbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövl?t müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı məhz Ümummilli lider Heyd?r ?liyevin adı ilə bilavasitə bağlı olmuşdur.
Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafla uyğunlaşdırmaq, dövrün çağırışlarına adekvat reaksiya vermək sayəsində ulu öndər həm də müasir Az?rbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır.
Ümummilli Liderin əzmkar fəaliyyəti sayəsində suveren Az?rbaycanın hərtərəfli t?r?qqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də inkişaf prosesinin digər vacib sahələrində özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Az?rbaycan xalqının yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz Ümummilli Liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuşdur.
1990-cı illərin əvvəlindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, yenidən müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən Heyd?r ?liyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən çəkinməmişdir.
Heyd?r ?liyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta zamanla bə? cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bu günkü nəsil belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığını, fəaliyyəti sayəsində taleyinə və bəxtinə minnətdardır.
Az?rbaycan Respublikası Heyd?r ?liyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövl?t müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Az?rbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi t?r?qqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Bu gün Ulu Öndərimizin başlatdığı islahatlar onun siyasi kursunun layiqli davamçısı, Az?rbaycan Respublikasının Prezidenti İlham ?liyev tərəfindən uğurla davam etdirilir.
Agar?him Baxisov - Dövl?t İdarəçilik Akademiyası
```