Prezident İlham Əliyevin xarici siyasət kursu, Azərbaycanın artan nüfuzunu yüksəldir və ölkəmizin hərbi-siyasi qabiliyyətləri ilə yeni reallıqlar yaradır. Bu siyasət, Azərbaycanın strateji mövqeyini və həyata keçirilən iri miqyaslı layihələri nəzərdə tutur. Bu səbəbdən, dünyanın müxtəlif ölkələri Azərbaycanın beynəlxalq münasibətlərdə rolunu genişləndirməkdəki marağını daha da artırır. Artıq bir çox xarici ölkələr regionda Azərbaycanı qlobal lider kimi qiymətləndirir.
May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycanın dövlət səfəri, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və xalqlarımızın əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində, Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verərək, Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə xüsusi yer ayırıb.
Qeyd edilib ki, 2014-cü ildə Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çionq Tan Sanq Azərbaycanın rəsmi səfərini reallaşdırıb. Bu səfərlər, iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açıb və gələcək inkişafına təkan verib. 2015-ci ildən Prezident Çionq Tan Sanq səfəri çərçivəsində, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində vurğulayıb ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında ümumi dövriyyəsinin həcminin 223,93 milyon ABŞ dolları olacağı gözlənilir. Dövlətimizin başçısı, ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiyini vurğulayıb.
Bu gün Azərbaycan və Vyetnam neft sahəsində qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildən Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanmışdır. Neft sahəsindəki əməkdaşlığımız möhkəm tarixi təməllərə əsaslanır; çünki Azərbaycanın mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılması və inkişafında əsas rol oynamışdır. 1981-ci ildən Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müstəqil müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəmal Məmmədov olub.
Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri Sovet dövrünə gedib çıxır, lakin son illərdə daha da inkişaf edib. 1955-ci ildən Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoi'de olub. 1959-1962-ci illərdə Prezident Ho Si Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor İjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib və üç film çəkib.
Həmçinin, ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdədir. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil almışdır, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə çalışır. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoy’a səfəri zamanı ölkə başçısının Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşü olmuş, bu şəxslər ölkəmizə və burada keçirdikləri illərlə bağlı səmimi sözlərini ifadə etmişlər.
2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Xüsusilə vurğulanıb ki, Heydər Əliyev Fondu 2018-ci ildən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal şəkildə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li, yaradıcı sənayenin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Vahid İsmayilo Tarix üzrə fəlsəfə doktoru