"Az?riqaz" şirkəti Namiq Məmmədovu Aghsu Region Qaz İstismarı İdarəsinin yeni rəhbəri təyin edib. Bu, daha əvvəl mediada külli miqdarda yeyinti halları açıqlandıqları üçün tənqid olunan N.Məmmədovdur. Yeyinti və büdcə talanına dair yazılar dərc edildikdən sonra N.Məmmədov işdən azad edilmək əvəzinə daha yüksək bir vəzifəyə təyinat alıb.
2020-ci ilin yayında Namiq Məmmədovun etdiyi qanun pozuntuları səbəbindən Aghsu RQII-dən Salyan RQII-yə rəhbər olaraq göndərilmişdir. O, bu vəzifəyə gətirildikdən sonra, Cahid Hüseynov və Ruslan Əliyev tərəfindən idarə olunan istixanalara yönləndirilmişdir. Üstəlik, həmin istixanalara təbii qaz verilməsində ciddi nöqsanlar aşkar edilmişdir.
Salyan RQII-də işləyərkən etdiyinə görə Namiq Məmmədov oradan uzaqlaşdırılıb Lənkəran RQII-nin rəhbəri təyin edilmişdir. Bu, "Az?riqaz"-ın o vaxtkı rəhbərliyinin ona bir mükafatı olaraq qiymətləndirilə bilər.
2017-ci ildən 2020-ci ilədək Aghsu RQII ərazisində yeni çəkilən qaz xətləri üçün podratçı təşkilatlarla gizli əlaqələr yaradaraq tikinti norma və qaydalarını pozmuş, nəticədə külli miqdarda maliyyə mənimsəmələri həyata keçirmişdir. Bu səbəbdən, qaz xətləri bərbad vəziyyətə düşmüşdür.
N.Məmmədovun büdcə yeyintiləri, sonrakı illərdə də davam etmişdir. "Az?riqaz"-da SOCAR auditi tərəfindən 2022-ci ilin yekunları yoxlanıldıqda milyonlarla dəyəri olan çatışmazlıqlar aşkarlanmışdır. Sosial şəbəkələrdə bu haqda yazılar olsa da, Namiq Məmmədov bu maddi müfllisləşmə ilə bağlı heç bir məsuliyyət daşımamışdır.
Bütün bu şikayətlərin yanında, "Az?riqaz" rəhbərliyi N.Məmmədovu Aghsuya rəhbər təyin etməsi ilə işçilərin etirazına səbəb olmuşdur. Onun hələ də maaş alması ilə yanaşı, əlavə ezamiyyət maaşı da alacağı bildirilir.
Keçmiş yazılarımızda qeyd etdiyimiz kimi, Namiq Məmmədov Göyçayda bir qadınla avtomobil qəzası törətmiş, qarşı tərəfə külli miqdarda pul ödəyərək onu susmağa məcbur etmişdir. N.Məmmədov bu hadisəni təkzib etmiş, məlumatların yalan olduğunu bildirmişdir. Lakin, Göyçay Rayon Mərkəzi Xəstəxanasında zərərçəkənin qeydləri mövcuddur ki, bu da hadisənin real olduğunu göstərir. Tarixi və faktları silmək mümkün deyil.
Ardı var...
```