"Səringül Ramazanova: Keçmişdən Azadlığa Yol"

Səringül Ramazanovanın Hekayəsi: Keçmişin Kölgəsindən Azadlığın İşığına1995-ci ildə Xaçmaz rayonunda doğulan Səringül Ramazanova həyatının ilk illərindən taleyin sərt üzü ilə qarşılaşıb
S?ringül Ramazanovanin Hekay?si: Keçmisin Kölg?sind?n Azadligin Isigina

1995-ci ild? Xaçmaz rayonunda doğulan S?ringül Ramazanova, həyatının ilk illərində taleyin sərt üzü ilə qarşılaşır. Ailəsindən uzaqda, uşaq evində böyüməsi, ata qayğısından məhrum olması onun şəxsiyyətinin formalaşmasına dərin izlər salıb. Uşaqlıq və yeniyetməlik illərində yaxın ətrafındakı insanların təzyiqi, fiziki və psixoloji zorakılıqlar onu küçəyə, təkbaşına mübarizə aparmağa məcbur edib. 2015-ci ild?, Bakının Novxanı qəsəbəsində işlədiyi kafedə baş verən hadisə, S?ringülün həyatını bir anda dəyişdi. O, təhqiramiz və təzyiqli davranışla üzləşdiyi bir müştəriyə qarşı özünü müdafiə edərkən, ağır nəticələrə səbəb olan bir hadisəyə qarışdı. Nəticədə, 10 il azadlıqdan məhrum edildi. Cəzaçəkmə müəssisəsində keçən illər onun üçün yalnız cəza dövrü deyil, eyni zamanda yenidən dəyərləndirmə, özünü tanıma və dönüş nöqtəsi oldu. Məhbusluq həyatı boyunca keçmişini dərk edən S?ringül, azadlıqda yeni və layiq bir həyat qurmaq istəyilə dolu idi. Bu mərhələdə onun həyatında mühüm rol oynayan qurumlardan biri "Cəza Çıxmış Qadınların Cəmiyyəti Qayidisi" İctimai Birliyi oldu. Birlik, azadlıqdan məhrum olmuş və cəzasını çəkib qayıtmış qadınların cəmiyyətə inteqrasiyası, psicolojik və hüquqi dəstəklə təmin olunması istiqamətində mühüm işlər görür. Birliyin sədri, insan hüquqları fəalı Firuzə İskəndərova, bu missiyanı təkcə peşə deyil, həm də vicdan borcu kimi dəyərləndirir. Onun sözlərinə görə, "S?ringül kimi qadınlar, çox vaxt cəzanı bir dəfə yox, cəmiyyətin damgalayıcı baxışı ilə bir ömür boyu çəkilirlər. Biz bu qadınlara sadəcə yardım etmirik - onlara inamı, layiq olduqları hörməti və ikinci bir şans qaytarırıq." Firuzə İskəndərovanın təşəbbüsü ilə həyata keçirilən psixoloji reabilitasiya proqramları, hüquqi maarifləndirmə sessiyaları və işə inteqrasiya dəstəyi, S?ringül kimi qadınların cəmiyyəti daha möhkəm qayitmasını təmin edir. Bu təkcə fərdi hekayə deyil - bu, onlarla qadının gerçəkləsin ümididir, qırılmayan arzularının sübutudur. 2025-ci ildə azadlığa çıxan S?ringül artıq tək deyil. Onun yanında onu anlayan, qəbul edən, ona güvənən insanlar var. Onun azadlıq hekayəsi, yalnız keçmişin acı izlərini deyil, gələcəyin ümidverici işığını da özündə daşıyır. Bu hekayə, S?ringülün mübarizəsinin və cəmiyyətə geri dönməsinin simvoludur. Həyatına yeni bir başlanğıc ilə atılan S?ringül, yaşadığı çətinliklərdən güclənərək, azadlıqda daha müsbət bir yol seçir. Bu, onun üçün yalnız özünə deyil, eyni zamanda digərlərinə də ilham verən bir mübarizədir.
ÖNCEKİ HABER

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

SONRAKİ HABER

"Füzuli Təhsilində Sıravi Müəllimlərə Təhqir!"