Agdasda yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkən 8 yaşlı Məhərrəmov ev şəraitində təhsil almaq istəyir, lakin bunun üçün lazım olan şərait yaradılmır. Bu barədə Bakupost.az-a onun atası Elşən Məhərrəmov məlumat verib.
Valideyn iddia edir ki, övladının vəziyyəti nəzərə alınaraq ev şəraitində təhsil alması üçün Ağdaş Rayon Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Lakin müraciətinə müsbət cavab verilməyib. Ata müraciətinin cavabında belə deyilmişdir: “Araşdırdım, mənə deyildi ki, bu uşağa evdə təhsil düşmür. Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm. Amma imtina verirlər. Deyirlər ki, hara istəyirsən, müraciət elə. Elm və Təhsil Nazirliyinin icazəsi olmalıdır. İstəyirəm ki, övladım təhsildən yayımmasın.”
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Bakupost.az-a bildirilmişdir ki, müraciət araşdırılıb və hazırda uşaq evdə təhsilə cəlb olunmayıb. Səbəb kimi isə müvafiq sənədlərin təqdim edilməməsi göstərilib.
Rəsmi cavabda qeyd olunur ki, uşaqların fiziki və ya psixi inkişafında gerilik olduğu hallarda onların xüsusi təhsilə cəlb edilməsi qərarı yalnız müvafiq sənədlər əsasında rayon (səhər) psixoloji-tibbi-pedaqoji komissiyası (PTPK) tərəfindən verilir. Bu komissiyaya təqdim olunmalı sənədlər sırasına valideynin ərizəsi, tibbi arayış (Forma 27U və ya xəstəlik tarixçəsindən çıxarış), pedaqoji xasiyyətname, qiymət cədvəli, şəxsiyyət və qeydiyyat sənədləri daxildir.
Qurumun açıqlamasına görə, Elşən Məhərrəmovun xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi üçün tələb olunan bu sənədlər təqdim edilmədiyindən PTPK tarafından müayinə aparılmayıb və nəticədə evdə təhsil məsələsi ilə bağlı rəsmi qərar verilməsi mümkün olmayıb.
Mövzunu diqqətdə saxlayacayıq.