"Euronews Academy: Jurnalistika Təlimləri Açıqdır!"

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə beynəlxalq tədris platforması “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

Az?rbaycan Respublikasinin Medianin Inkisafi Agentliyi və Avropanın aparıcı xəbər s?b?k?l?rind?n biri olan "Euronews" telekanalinin birgə ?məkdaslığı il? beyn?lxalq t?dris platforması "Euronews Academy" Az?rbaycanda f?aliyy?t? baslayır. Bu platforma, jurnalistika sah?sind? faliyyət göst?r?n pesəkarlar üçün eyni zamanda ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulmuş t?s?bbüs çərçivəsində yaradılıb.

İlkin olaraq "R?q?msal Jurnalistika" mövzusunda t?lim proqramı həyata keçiriləcəkdir. T?limdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya üzrə ixtisas alan tələbələr, h?mçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr v? magistratura pilləsi tələbələri müraciət edə bilərlər.

T?limlərdə "Euronews" telekanalinin tanınmış mütəxəssisləri çıxış edəcəklər. Məsələn, beynəlxalq t?crübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, 13 dildə fəaliyyət göstərən 70-dən çox sosial media hesabını idarə edən komandanın rəhbəri Fatih Yetim və "Euronews Georgia"da baş texnologiya direktor kimi çalışan Archil Mikadze kimi peşəkarlar iştirak edəcəklər.

Layihə çərçivəsində "R?q?msal xəb?r toplanması v? data əsaslı jurnalistika", "R?q?msal video strategiyası v? yeni formatlar", "Sosial media v? YouTube idarəetməsi", "Jurnalistlər üçün innovativ t?crübələr: süni intellekt alətləri, SEO v? məlumatın vizuallaşdırılması" və "Mobil jurnalistika" modulları üzrə t?dris aparılacaqdır. Bu modullar gənc jurnalistlərin r?qəmsal dünyada müasir tələblərə uyğunlaşmasına kömək edəcəkdir.

Proqramda yuks?k nailiyy?t göst?r?n iştirakçılar "Euronews" kanalında t?crüb? keçmək imkanı əldə edəcəklər. Bu, gənclərə beynəlxalq media sahəsində əhəmiyyətli təcrübə qazanmaq və peşəkarlıq v? biliklərini inkişaf etdirmək üçün d?yətli bir şansdır.

Son müraciət tarixi 12 iyun 2025-ci il olaraq müəyyən edilib. Proqrama iştirak s?rtl?ri v? seçim meyarlari ilə bağlı daha ətraflı məlumat üçün https://www.euronews.com/academy-azerbaijan saytına daxil olmaq mümkündür. Suallar üçün isə [email protected] ünvanına yazmaq mümkündür.

ÖNCEKİ HABER

"Ofis icarəsi tenderində Gülnara Ibadova qalib olub"

SONRAKİ HABER

Uşaqların Hüquqları və Müdafiəsi Günü Təşkil Edildi