"Azerbaycanın Enerji Siyasəti: Uğurlar və Perspektivlər"

Beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də Azərbaycandır
Azərbaycanın Enerji Siyasəti

Azərbaycanın Enerji Siyasəti

Beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də Azərbaycanın özüdür. Azərbaycanın enerji strategiyası mükəmməl hazırlanmış və həyata keçirilmişdir ki, bunun uğurları həm regionu, həm də dünyanı əhatə edir. Əgər bir zamanlar biz bu sahədə bir neçə dövlətdən asılı idiksə, bu gün isə bunun tam əksidir: artıq uzun illərdir ki, Azərbaycan öz tərəfdaşlarına enerji ixrac edir.

Ulu Öndər Heydər Əliyevin müəlifi olduğu, Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi enerji siyasəti, iqtisadiyyatımızı gücləndirməklə yanaşı, vətəndaşlarımızın rifahını da yüksəltməkdə, müstəqilliyimizi möhkəmləndirib, ölkəmizə böyük nüfuz qazandırıb, beynəlxalq mövqelərinə müsbət təsir edib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi enerji layihələri, Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu vəziyyət beynəlxalq aləmdə ən yüksək səviyyələrdə etiraf olunmaqdadır.

Ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon, proqnozlaşdırılan ehtiyatları isə 3 trilyon kubmetrdir. Bu da imkan verir ki, Azərbaycan hələ uzun illər etibarlı enerji təchizatçısı kimi yoluna davam etsin.

Azərbaycanın energetika siyasətinin mühüm tərkib hissələrindən biri də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatların lider və nümayəndələrinin bir araya gəlməsi, enerji təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə etməsi üçün şərait yaradır.

Bakı Enerji Həftəsinin 30 il ərzində 80 ölkədən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb etməsi, yeni əməkdaşlıqların yaradılması, təcrübə mübadilələri və gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca faydalıdır. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir və sərgiyə iştirak edənlərin təxminən 70 faizi xarici, 30 faizi isə yerli müəssisələrdir.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etməsi, tədbirin önəminin artırılması ilə yanaşı, yüksək statusunu da göstərir.

Bu gün Azərbaycan, neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla birlikdə daha çox yaşıl enerji layihələrinə də sərmayə qoymağı hədəfləyir. Prezident İlham Əliyev, ölkəmizin bərpaolunan enerji üzrə gördüyü islər haqqında iştirakçılara məlumat verərək, Azərbaycanın elektrik enerjisinə artan tələbatını bərpaolunan enerji hesabına təmin edəcəyini bildirmişdir.

Bakı Enerji Həftəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşmışdır. Tədqiqat nöqteyi-nəzərindən enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqların qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.

Ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və Bakı Enerji Həftəsi formatını almışdır. Bərpaolunan enerji ilə bağlı məsələlərin müzakirə edildiyi bu forum artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir platforma kimi tanınır.

Gülər Baxisova
Pedaqogika üzrə fəlsəfə doktoru

ÖNCEKİ HABER

"Bakı Enerji Həftəsi: Enerji Potensialı və İnnovasiya"

SONRAKİ HABER

"Dövlət Tibbi-Sosial Agentliyə yeni sədr müavini təyin olundu"