Bakı Enerji Həftəsi, 2023-cü ilin iyun ayının 2-də başlanmış və 3 gün davam etmişdir. Bu tədbir, Azərbaycanın enerji potensialının təqdim edilməsi, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Enerji Həftəsi, dünyanın aparıcı şirkətlərinin və müxtəlif dövlət və hökumət rəsmilərinin enerji məsələləri ilə bağlı müzakirələrini paylaşmaları üçün əhəmiyyətli bir platforma kimi tanınır. Bu tədbir, eyni zamanda, Azərbaycanın qlobal işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınmasına xidmət edir.
Bakı Enerji Həftəsi, regionun enerji sahəsində mühüm hadisələrdən biri hesab edilir. Bu il tədbirin çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum" bir araya gəlmişdir. Bu üç vacib tədbirin birləşməsi Bakı Enerji Həftəsinin xüsusi əhəmiyyətini artırır. Aktiv iştirakçıların artması və Prezident İlham Əliyevin açılış mərasimində iştirakı, Bakı Enerji Həftəsinin önəmini bir daha təsdiq edir.
Son 30 ildə "Bakı Enerji Həftəsi", Azərbaycanın neft, qaz və enerji sənayesinin inkişafına mühüm töhfələr vermişdir. 80 ölkədən 9 mindən çox şirkət, 170 mindən artıq ziyarətçi bu tədbirdə iştirak etmişdir. 2023-cü il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqdadır. Sərgi iştirakçılarının təxminən 70 faizi xarici, 30 faizi isə yerli müəssisələrdir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlığa və yerli biznesin fəal iştirakına işarə edir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev, "əsrin müqaviləsi"nin regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdiyini vurğuladı. O, 1994-cü ildə ilk sərginin təşkil edildiyini və həmin sərgidən sonra Azərbaycanın beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladığını xatırlatdı. Bu, regionda əhəmiyyətli dəyişikliklərə yol açdı. Prezident, Azərbaycanın sabit siyasi sistemə malik olduğunu və iqtisadiyyatın inkişaf etdiyini qeyd etdi. O, ölkənin xarici borcunun ümumi daxili məhsulun 7 faizini təşkil etdiyini vurğuladı.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycanın neft və qaz ölkəsi olmaqla yanaşı, investorlara yaşıl enerji sahəsində də investisiya yatırmağı təşviq edir. Bu, ölkənin məsuliyyətini nümayiş etdirir. Prezident, ölkənin elektrik enerjisinə artan tələbatını bərpa olunan enerji hesabına təmin edəcəklərini söylədi.
Bakı Enerji Həftəsi, enerji sahəsində dövlət-özəl əməkdaşlığını gücləndirəcək, yeni ideyaların müzakirəsinə imkan yaradacaq. Eyni zamanda, enerji sahəsində gələcək addımların atılması mümkün olacaktır. İnovasiya və texnologiyaların təqdimatı baxımından da Bakı Enerji Həftəsi faydalı hesab edilir. Günümüzün ən vacib mətləblərindən biri innovativ dəyişikliklərdir. Bununla yanaşı, enerji təhlükəsizliyi, enerji istehsalı, daşınması və digər əhəmiyyətli məsələlər müzakirə ediləcək. İqlim dəyişikliklərinin yaratdığı fəsadlar və onların aradan qaldırılması yolları da bu tədbirlər çərçivəsində müzakirə ediləcək.
Böyük bir regional və qlobal tədbir olan Bakı Enerji Həftəsindən ölkəmiz və iştirakçılar faydalanacaqlar.
Ramil Qədimquliyev – hüquqsünas, BDU-nin doktoranti