Son dövrlərdə Kəlbəcər rayonu və "Azərsu" ASC ətrafında baş verən hadisələr cəmiyyət üçün narahatedici siqnallar yaradır. İddialara görə, "Azərsu" ASC-nin cari rəhbəri Zaur Mikayilov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, xarici və təhlükəli əlaqələri olan Eren Mollaoglu ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq artıq milli təhlükəsizlik səviyyəsinə çatmışdır.
**Eren Mollaoglu kimdir?**
Əldə olunan məlumatlara görə, Eren Mollaoglu Türkiyə vətəndaşıdır, kürd əsillidir və Türkiyədə PKK-nın siyasi qanadı sayılan HDP-yə dəstək vermişdir. Özünü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi kimi təqdim etməyə çalışsa da, bu tamamilə yalan və saxta bir imicdir. Həqiqətən, Eren nə Ərdoğan, nə də Türkiyə dövlətinin rəsmi nümayəndəsidir; o, FETÖ və PKK ilə əlaqəli dairələrlə əlaqədardır.
**Tenderlərin verilməsi**
İddialara əsasən, Eren Mollaoglu, "Azərsu"nun keçmiş rəhbərləri – Qorxmaz və Elman vasitəsilə Azərbaycanda illərlə böyük pullar qazanmışdır. Bu gün isə "Azərsu"nun hazırki rəhbəri Zaur Mikayilov ilə yaxınlıq quraraq fərqli tenderlərə "xod" tapmışdır. Tenderlərin birbaşa Eren Mollaoglu-nun şirkətlərinə verildiyi bildirilir ki, bu, dövlət büdcəsinin ciddi şəkildə istismar edildiyini göstərir.
**Kəlbəcərdəki vəziyyət**
Kəlbəcərdə baş verənlər daha da ağırdır. Eren Mollaoglu hazırda Kəlbəcər rayonunda restoran, market, aptek və digər obyektlər tikməkdədir. Bildirilir ki, bu obyektlər İcra başçısı Azər Qocayev ilə razılaşdırılmış şəkildə tikilib. Hatta Eren açıq şəkildə deyir: "Azərin marketini, aptekini, restoranını mən tikmişəm. Məni rahat buraxın." İddialara əsasən, bu işlər qarşılığında Azər Qocayev bir dəfə 50 min manat, bir dəfə isə 100 min manat pul almışdır.
**Dövlət orqanlarına çağırış**
Biz "Dia-az" olaraq Dövlət Təhlükəsizliyi Xidmətini, Baş Prokurorluğu, Daxili İşlər Nazirliyini, Dövlət Miqrasiya Xidmətini və Azərbaycan Respublikasının Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini çağırırıq:
• "Azərsu" ASC-nin rəhbərliyi tərəfindən Eren Mollaogluya verilən tenderlər araşdırılsın!
• Kəlbəcər Rayon İcra Hakimiyyətinin Erenlə əlaqələri və tikinti razılaşmaları yoxlansın!
• Eren Mollaoglu-nun ölkəmizdəki fəaliyyəti, əlaqələri və arxasında duran güclər tam ifşa olunsun!
Azərbaycan dövləti təmizlənməlidir. Dövlət adına işləyən, amma şəxsi maraqlar güdən məmurlar və onların xarici əlaqələri ifşa olunmalıdır. Bu artıq məsələ deyil; bu, milli təhlükəsizlik məsələsidir.
MÖVZUYA QAYIDACAĞIQ...
**Dia-az**