"Həkimə etibarın itirilməsi: İddialar gündəmdə"

“Həm özümün, həm də anamın diş müalicəsi üçün həkimə güvənərək öncədən ödəniş etmişəm

Sikayətçi Orxan Əliyev Həkim Zeynalabdin Allahyarovdan Şikayətçidir

Həkim-stomatoloq Zeynalabdin Allahyarovla bağlı şikayət edən vətəndaş Orxan Əliyev, 5140 manatlıq müalicə borcunu geri ala bilmir. Orxan Əliyev, anası üçün dis müalicəsi və özünün dislərin düzəldilməsi üçün həkimə öncədən ödəmə etmişdir. O, Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən "Loft Dent - Stomatoloji Klinika"da həkim Allahyarovla əlaqə saxlayıb və anası üçün 6 ədəd implant və 24 ədəd dişin düzəldilməsi üçün 4800 manat ödəyib.

İlk etapda həkim 6 ədəd implant əməliyyatını icra edib. Lakin əməliyyatdan sonra anasının damagının sağalması üçün 3 aylıq bir müddət gözlənilmişdir. Daha sonra Orxan Əliyev öz dişlərinin müalicəsi üçün həkim Zeynalla əlaqə saxlayıb və 1490 manat ödəyərək 1 ədəd implant və 4 ədəd diş qapağı-zirkon düzəldilməsi üçün razılığa gəlib. Ancaq Orxan, yalnız 1 ədəd implantın əməliyyatını icra etdirmişdir.

Həmin müddətdən sonra Orxan Əliyev və anası, həkimə bir neçə dəfə müraciət etsələr də, Zeynal həkim müxtəlif bəhanələrlə görüşmələrini geciktirib. O, pnevnoniyaya yoluxduğunu, yeni mərkəzə köçdüyünü və zamanının olmadığını bildirərək, müalicələri həyata keçirməmişdir. Sonra o, "Face Art Clinic"də fəaliyyət göstərməyə başladığını açıqlayıb, lakin burada da heç bir iş görməmişdir.

Orxan Əliyev, həkimin “L.A Dent Stomatoloji Klinika”da fəaliyyətinə başladığını öyrənmişdir. Klinikaya gedəndə Orxan orada narazı pasiyentlərin olduğunu görüb. Həkim, neçə dəfə geri qaytarmağı söz versə də, pulu geri ödəməmişdir. Bu vəziyyət Orxan Əliyevin anasının və öz dişlərinin müalicəsini başqa yerdə icra edə bilməməsinə səbəb olub. O, həkimdən geri almadığı müalicə haqqını tələb etdi, amma Zeynal həkim ilə əlaqə qura bilməmişdir.

Orxan, həkimi sonuncu dəfə mayın 20-də görüb. Həkim ona ödəməni edəcəyini bildirmiş, lakin ortada yenə də ödəniş etməmişdir. Şikayətçi, müalicələrin düzgün icra edilmədiyini, anasının damagında qanaxmalar, yaralar, çürümələr baş verdiyini bildirərək, bu səbəblərdən yeni müalicələrə ehtiyacı olduğunu vurğulayıb.

Vətəndaş Orxan Əliyev, bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət edib. Nazirliyin mətbuat xidməti, məsələnin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməsini tövsiyə etdiyini bildirib. Həkim Zeynalabdin Allahyarov isə, hadisəyə münasibət bildirmək istəmədiyini, iddiaların Orxanla birbaşa danışacağını bildirib.

Beləliklə, Orxan Əliyev, Zeynal həkimin əməliyyatlarını tam yerinə yetirmədiyi və ödəməyi gecikdirdiyi üçün hüquqi məsləhət alaraq, izahat vermədən polisi şikayət edir. Bu məsələ, digər pasiyentlərin də başına oxşar hadisələrin gəlməsi səbəbindən daha ciddi bir müzakirəyə açıqdır.

ÖNCEKİ HABER

"Kəlbəcərdə Korrupsiya: Eren Mollaoglu İddiaları"

SONRAKİ HABER

"Bakı Enerji Həftəsi: Yeni İslahatlar və Yaşıl Enerji"