Sumqayıtda qanunsuz torpaq ədalətsizliyi!

Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində şəxsi mülkiyyətdə olan torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir

Sumqayıt Şəhərində Qanunsuz Torpaq İzləyir

Sumqayıt şəhəri, 76-cı məhəllədə şəxsi mülkiyyətdə olan torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Bu sahə, 2025-ci ilin yanvar ayında, qeyri-iş günü və gecə saatlarında texnika istifadə edilərək işğal olunmuşdur. Sakinlərə məxsus hasarlar sökülmüş, tikinti materialları dağıdılmış və həmin gün ərazidə naməlum şəxslər qeyri-qanuni tikinti işlərinə başlamışdır. Şikayətçilərin bildirdiyinə görə, əraziyə yaxınlaşdıqları zaman həmin şəxslər özlərini “SENERGY.AZ.MMC” şirkətinin işçiləri kimi təqdim etmişlər. Araşdırmalar nəticəsində, işğalın arxasında duran şirkət “SENERGY.AZ.MMC”dir ve onun rəhbəri Seymur Quliyevdir. Torpaq sahibləri ona müraciət edərək təqdim etdikləri müvafiq sənədlər və 2013-cü ildən onlara verilmiş mülkiyyət aktlarına əsaslanaraq torpağın onlara məxsus olduğunu bildirmişlər. Lakin Seymur Quliyev, “mən şəhid ailəsiyəm, başınıza oyun açaram” kimi təhdidlər səsləndirmişdir.

Təhdidlər və Qanunsuz Dəstək

Şikayətçilər bildirirlər ki, qarşı tərəfin aqressiv davranışlarına baxmayaraq, mülkiyyət sənədləri təqdim edilmiş, lakin tikinti işləri dayandırılmamışdır. Bir neçə dəfə “kimin gələcəyini gözləyin” deyə xəbərdarlıq edildikdən sonra əraziyə Sumqayıt Bələdiyyəsinin keçmiş sədri Orxan Adigözlzadə və memarlıq şöbəsinin əməkdaşı Araz Muradzadə gəlmiş və torpağın guya Seymur Quliyevə verildiyini bildirmişlər. Bu şəxslər, Sumqayıt İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından istifadə edərək şikayətçiləri geri çəkilməyə məcbur etməyə çalışmışlar.

Hüquqi Addımlar və Saxta Sənədlər

Torpaq sahibləri məsələni hüquqi müstəviyə çıxarmış, aidiyyəti dövlət orqanlarına şikayətlər göndermiş və Sumqayıt Şəhər İnzibati Məhkəməsinə müraciət etmişlər. Tikinti fəaliyyəti isə bu müddətdə davam etmiş və 35 sot sahə tam hasara alınmışdır. Qarşı tərəf özlərini "icarədar" kimi təqdim etsə də, təqdim olunan sənədin yalnız fotosu göstərilmiş, orijinali gizlədilmişdir. Daha sonra əldə olunan nüsxənin saxta olduğu hüquqi ekspertiza ilə təsdiq olunmuşdur. Qanunvericiliyə əsasən, sənaye zonasına daxil olan bu cür torpaqlar yalnız Prezidentin fərmanı ilə yaradılmış hərrac komissiyası və müvafiq 5 nazirliyin razılığı ilə icarəyə verilə bilər. “SENERGY.AZ.MMC”nin təqdim etdiyi sənəd isə bu prosedurlardan keçməmişdir.

Qazilardan Sui-istifadə

Hər dəfə etirazlar artdıqca, əraziyə qazılar gətirilmiş və onların adından istifad edilərək ictimai təpkini boğmaq üçün vasitə kimi çevrilmişdir. Bu cəhdlər cəmiyyətin həssas təbəqələrinin adından sui-istifadə hallarını formalaşdırmışdır.

Dövlət Müdaxiləsi və Qismən ədalət

Məsələ mediada ictimai şəkildə işıqlandırıldıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirmiş, bir hissə hasarlar sökülmüş və tikinti dayandırılmışdır. Əmlak Komitəsi rəsmi məktubla Sumqayıt Bələdiyyəsinin verdiyi sənədlərdə hüquqi əsasların olmadığını təsdiqləmişdir.

Müxtəlif Qanunsuzluqlar

Məlum olmuşdur ki, Seymur Quliyev və keçmiş bələdiyyə sədri Orxan Adigözlzadə müxtəlif torpaq sahələrini qanunsuz yollarla mənimsəyib satmışdır. Adigözlzadə Xəzər bağları adlanan, FHN-in mühafizə zonasına daxil olan ərazidə villa tikdirmiş və ictimai park sahəsində obyekt inşasına başlamışdır.

Tenderdə Yeni Qalmaqal

“SENERGY.AZ.MMC” COP29 tədbiri çərçivəsində YASMA yaşayış massivinin abadlaşdırılması tenderində də qalib elan olunmuşdur. Burada da eyni ssenari ilə hasarlar sökülmüş, kompensasiya verilmiş və tikinti aparılmışdır. Sakinlər magistral yolu bağlamış, məsələyə geniş rezonans doğurmuşdur. Nəticədə, iş Ədliyyə Nazirliyi tərəfindən araşdırılmış və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Hüquqi Mübarizə Davam Edir

Torpaq sahibləri qanunsuzluğa qarşı hüquqi mübarizəni davam etdirir. Onlar dövlət orqanlarından ədalət bərpasını, mülkiyyət hüquqlarının qorunmasını və təhdidlərə son qoyulmasını tələb edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, keçmiş bələdiyyə sədri Orxan Adigözlzadənin, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olan Teymur Səmədovun yaxın qohumu olduğu vurğulanır. Bu yaxınlıq onların Sumqayıtdakı torpaq münasibətlərinə qeyri-rəsmi təsir imkanlarının olduğunu göstərir. Bu fakt, torpaq sahiblərinin qarşılaşdığı təzyiqlərin və qanunsuz müdaxilələrin arxasında səlahiyyətli şəxslərin qeyri-rəsmi müdafiəsinin olduğunu ehtimal etməyə əsas verir. Rəsmi mövqelərdən istifadə edərək şəxsi və kommersiya maraqlarını həyata keçirmək cəhdləri hüquqi və etik baxımdan ciddi narahatlıq doğurur.
ÖNCEKİ HABER

"Orta Dəhliz: Geosiyasətdən Rəqəmsal Transformasiyaya"

SONRAKİ HABER

"Suraxanıda qanunsuz tikinti problemi böyüyür!"