"216 saylı məktəbdəki mübahisələr və iddialar"

Son zamanlar 216 saylı məktəblə əlaqədar gələn şikayət nəzərə alınaraq həmin məktəbin müəllimləri ilə əlaqə saxladıq

216 Saylı Tam Orta Məktəbdəki Problemlərlə Bağlı Müsahibə

Son zamanlar 216 saylı məktəblə bağlı qaldırılan şikayətlər nəzərə alınaraq, məktəbin müəllimləri ilə əlaqə saxlanıldı. Paylaşılan məlumatların dəqiqliyini təsdiqləmək məqsədilə, müəllimlərlə müsahibələr aparıldı. Bu müsahibəni ictimaiyyətə təqdim edirik. Qeyd edək ki, Ramiz Qasımov adına 216 saylı tam orta məktəbin hazırda direktoru Çinarə Cəbrayılovadır. O, bu vəzifədə 5 aydır ki, müvəqqəti direktor səlahiyyətlərini icra edir. Xatırlatmaq istərdik ki, Sədaqət Babayeva 5 iyun 2025-ci il tarixində ATV-yə faktlarla əsaslandırılmamış müsahibə vermişdir. Həmin müsahibədə dərs saatlarının satıldığını, məktəbin icarəyə verildiyini və inventar çatışmazlıqlarını vurğulamışdır. Lakin, bu iddiaların hər biri əsassızdır. Yanvar ayından etibarən yeni təyin olunan direktor, yəni Çinarə xanım, nə cür dərs bölgüsü edə bilər? Məlumat vermək istəyirik ki, yanvar ayından etibarən bütün qanunsuzluqlara son qoyulub. Bəli, məktəbdə idman dərsləri keçirilir, amma bütün dərslər qanuniləşdirilib, müəllimlər dövlətə vergi ödəyir. Hətta, məktəbdə fəaliyyət göstərən qanunsuz rəqs dərsləri tamamilə ləğv olunub. Bu müsahibədən 4 gün sonra, Çinarə xanımın ailəsində ağır itki baş verdi. Bununla bağlı, müəllimlər və texniki işçilər 12 iyun tarixində başsağlığı vermək məqsədilə (iş vaxtı deyil - müəllimlər 13:00-dan sonra, texniki işçilər isə iş nahar fasiləsində) mərasim evinə getdilər. Buna baxmayaraq, Sədaqət müəllim öz niyyətlərindən əl çəkmədi. Onun guya iş vaxtında iş yerini tərk etməsi səbəbindən məktəbə polis çağırılıb, ictimai asayiş pozulmuşdur. Lakin məktəbə gələn polis, baş verən hadisənin əsassız olduğunu təsdiqlədi. Hətta qeyd edək ki, texniki işçilər və müəllimlər gedərkən onları videoya çəkiblər və sonra Facebook platformasında şəxslərin icazəsi olmadan paylaşmışlar. Bununla yanaşı, müəllimlərin özləri ilə yanaşı, ailə üzvlərinin də adlarını hallandıran müraciətlər (məsələn, "sənin ərin", "sənin qayınanan", qayınata" və s.) müəllimləri çox narahat edir. "Müəllimin etik davranış qaydaları"na əməl edərək, ona bir söz demirlər. Qeyd edək ki, Sədaqət Babayeva ilboyu dəfələrlə bülleten çıxararaq, tədris prosesindən yayınmışdır ki, bu da valideynlərin narazılığına səbəb olmuşdur. Müəllimlərin müsahibəsində digər məsələlər də diqqətə çatdırılmışdır: 1. Sədaqət müəllim sertifikasiya imtahanının birinci cəhdi zamanı 23 bal toplayaraq kəsilmişdir. İkinci dəfə də kəsiləcəyini güman etdiyi üçün, özünü çıxış yoluna ataraq, bunu məktəbin üzərinə atmaq istəyir. 2. Müəllimlər Sədaqət müəllimin davamlı mızıldandığını, dərsə gecikdiyini, hətta jurnallarda ciddi nöqsanlar buraxdığını bildirir, habelə fotofakt və səs yazıları ilə sübuta çatdırırlar. 3. Sədaqət müəllim ailəsiz, kişi söhbəti etdiyini və təhdid, hədə-qorxu ilə məşğul olduğunu, həmçinin müəllimlərə ağza alınmayacaq sözlər dediyini dilə gətirirlər. Bunu demək olar ki, bütün işçilər təsdiqləyir. 4. Yeni rəhbərin 9-11-ci sinifləri məktəbə cəlb etməsi, məktəbdə müəllimlərin mədəni davranış etik qaydasına uyğun geyim formasını təmin etməsi, məktəbdə şagirdlərin rahat gəlişi üçün marşrut xəttinin çıxarılması təşəbbüsü, məktəbdə davamlı master-klass və təlimlər keçirməsi və bu kimi digər məsələlər müəllimlər, valideynlər və şagirdlər tərəfindən alqışlanmışdır. Bütün bunlara rəğmən, Sədaqət Babayeva yenə də öz əsassız müsahibələrindən və paylaşımlarından əl çəkmir. Məktəbin işçilərinin İcra Hakimiyyətinə getməsi də Sədaqət müəllimi çox narahat edir. Halbuki, həmin gün İcra Hakimiyyətində Qala sakinləri ilə görüş keçirilirdi və mütləq ki, məktəbdən də kimlərsə çıxış edərək Xəzər rayonu haqqında təkliflərini irəli sürməli idilər. Bunun da qanun pozuntusu olduğunu dilə gətirərək, İcra Hakimiyyətinə gedən işçiləri təhdid edir. Nəticədə qeyd etmək istəyirik ki, Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin bu cür mənfi məsələlərdə adının dəfələrlə hallanması, şəhidin ailəsini də narahat edir. Müəllimlər qəti şəkildə vurğulayırlar ki, ad çəkmədən müvəqqəti müəllimin iddiaları həqiqəti əks etdirmir və bu kimi davranışlar iş mühitinə ciddi ziyan vurur. Müvafiq araşdırmanın aparılmasını və tədbirlər görülməsini sizdən xahiş edirik.

Yenixeber.org

ÖNCEKİ HABER

"15 İyun - Milli Qurtuluş Günü: Tariximizdə Bir Dönüş"

SONRAKİ HABER

"Pensiya Yaşına Çatmış Diplomatik Rəhbərlər"