"Dənizkənarı Bulvarında korrupsiya işi: 12 milyon!"

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Dənizkənarı Bulvar İdarəsi İlə Bağlı Cinayət İstintaqı Yekunlaşıb

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsinin fəaliyyəti ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. İbtidai istintaqla “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsinin İdarə Heyətinin sədri olan Ilqar Mustafayev, onun köməkçisi Rəsad Bədəlov, “GIRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslər barəsində rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə bu qurumun ərazisində yerləşən qeyri-yayıma sahələrinin icarəyə verilməsi, ərazidəki kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gözətləmələri və digər fəaliyyət sahələrindən 12 milyon manatdan artıq pul vəsaitinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilməsinə dair əsaslı sübutlar müəyyən edilib.

Bundan əlavə, Ilqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artığını özü və qohumlarının adına əmlaklar alaraq leqallaşdırmasına dair əsaslı sübutlar ortaya çıxıb.

Toplanmış sübutlar əsasında Ilqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Fuad Babayev və Rəsad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri üzrə ittiham elan edilib.

Ilqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına verilməsi növündə qətimkan tədbiri seçilib.

İstintaq zamanı müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. İbtidai istintaqın tamamlanması ilə cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

(“Qafqazinfo”)

ÖNCEKİ HABER

TikTok Azərbaycanda Rəqəmsal Təhlükəsizlik Layihəsi Başladı

SONRAKİ HABER

"Rasul Çunayev'in Anasına Hədiyyəsi: 'Ayzana' Brendi"