Səngəçal qəsəbəsində mədəniyyət evinin "sırları"

Səngəçal qəsəbə Mədəniyyət evində kreslo davası
Səngəçal qəsəbəsi Mədəniyyət evində baş verən "kreslo" davası

Qaradag rayonu Səngəçal qəsəbəsindəki "Mədəniyyət" evində insanların fikrində birinci növbədə xalq musiqisi, teatr və kitabxana yox, pulla bağlı iş düzəltmə bazarı olduğu görünməkdədir. Bu Mədəniyyət evinə gəldikdə, qapısı daima bağlı olur, içərisində yalnız bir direktor, bir köməkçi-müsahib və iki işçinin çalışdığı müəsisədir.

Müəssisin fəaliyyətinə gəldikdə, direktor Fəridə Babayeva işə çıxmaqla bağlı heç bir aktivlik göstərmir. O, daha çox Bakıda qalır və Mədəniyyət evinə ayda bir-iki dəfə gəlməklə kifayətlənir. Lakin bu hava xeyli bahalıdır; müşahidələrə görə, 3000-3500 manat arasında dövr etdiyi iddia edilir.

"İş düzəltmək" Mədəniyyət evi?

AzFakt.com-a daxil olan məlumatlarda iddia olunur ki, Fəridə Babayeva, bir neçə qəsəbə sakinindən iş düzəltmək vədiylə qeyd olunan məbləğdə pul alıb. Amma alınan pulların bəzisi uzun-uzadı söz-söhbətdən sonra sahiblərinə geri qaytarılıb. İşə götürmə əməliyyatları direktordan birbaşa yox, daha "incə" yolla, köməkçisi Sevda xanın vasitəsilə həyata keçirilir. Sevda xanım həm mühasibatlığa, həm katibliyə, həm də "kadrlar şöbəsi" funksiyasını yerinə yetirir.

"Köməkçiyə vəd olunan kreslo"

Dediyinə görə, direktor 3-4 aydan sonra pensiyaya çıxacağı səbəbindən, Sevda xanımı inandırıb ki, tezliklə onun kreslosuna məhz o əyləşəcək. Kreslonun dəyəri nədən ibarətdir, bilinmir, amma görünür ki, bu kreslonun arxasında xeyli pul, söz və vəd var.

Mədəniyyət evinin qapıları bağlı, bəs içində nə var?

Qəsəbə sakinlərinin bildirdiyinə görə, Mədəniyyət evinin qapısı daimi bağlı saxlanılır. Burada nə tədbir var, nə təmir, nə də fəaliyyət. Ancaq "gizli fəaliyyət" kifayət qədər aktivdir - pulla vəzifə vəd etmək, daha sonra isə bu vədin "təbii qanunları" ilə buxarlanması.

İlginç sual budur ki, bu Mədəniyyət evi nə üçün yarayır? Tədbir keçirilmir, mədəniyyət təşviq olunmur, əməkdaş yoxdur və direktoru tapmaq olmur. Bəlkə də bu, bir eksperimental layihədir - "iş görülmədən maaş alma modeli".

"Krisaliq" və bölüşdürülən pullar

İddialara görə, direktorun arxasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsində "krisaliq edən" şəxslər dayanır. Çünki xanım direktor bir neçə yerdə bu barədə ağzından söz çıxarıb. Hangi ki, Baş İdardakı "birlik zəncirində" konkret adlar da çəkilir. Amma onların dəqiqləşdirilməsi və ictimailəşdirilməsi növbəti sorğuların cavabından sonra açıqlanacaq.

Görünür, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev bu "mədəni dram"ın ssenarisindən xəbərdardırmı?

Yazıda adı keçən şəxslərin fikirlərini dərc etməyə hazırıq.
ÖNCEKİ HABER

Fəzail Agamalı dələduzluq hadisəsində adı hallandı

SONRAKİ HABER

"Müəllimlərin hüquqları üçün mübarizə lazım!"