"Sabunçuda Qanunsuz Tikintilər: Məmur Özbaşınalığı"

Azərbaycanın rayon və qəsəbələrində aparılan qanunsuz tikinti işlərinin miqyasına nəzər salsaq, ilk sırada Sabunçu rayonu xüsusi yer tutur
```html

Azərbaycanda rayon və qəsəbələrində aparılan qanunsuz tikinti işlərinin miqyasına nəzər salsaq, ilk sırada Sabunçu rayonu xüsusi yer tutur. Görünən odur ki, bu ərazidə qanunsuzluqlar sistemli şəkildə həyata keçirilir və bu proseslərə rayonun icra başçısı Adil Vəliyevin birbaşa və ya dolayısı ilə nəzarət etdiyi istisna olunmur.

"DoğruXeber.az" redaksiyasına daxil olan məlumatlar və müsahibələr əsasında məlum olur ki, Adil Vəliyevin qanunsuz yollarla qazandığı vəsaitlər, bu gün onun gənc, amma ictimaiyyəti savadı və bacarığı bəlli olmayan oğlu İnvər İnvərliyə məxsus nəhəng biznes strukturlarına yönləndirilib. Maraqlıdır, bu qədər mülkləri və biznesləri olan gənc "iş adamı" haradan bu qədər maliyyə qaynağı tapıb? Cavab bəllidir - ataların oğullar üçün qurduğu çirkli imperiyalar.

“Ədalət” deyəndə bizə gülürlər... Bu gün ölkədə vətəndaş sadəcə bir köhnə daxma tikmək istədikdə dərhal dövlətin bütün qurumları onun üstünə tökülür, ancaq Sabunçuda onlarla qanunsuz villa, obyekt və torpaq isgalları göz gör-görməz baş verir və heç kim bu prosesə “dur” demir. Bu da onu göstərir ki, rayon rəhbərliyi öz maraqları naminə qanunları ayaq altına atmaqdan çəkinmir.

İn acınacaqlısı isə budur ki, xalq bu acınacaqlı duruma sadəcə tamaşa edir. Uzun illərdir susqunluq, qorxu və laqeydlik içində çürüyən bir toplumun içində bu cür məmur özbaşınalığı baş alıb gedir. "Biznesmen" məmur balaları və şəhid övladları... Adil Vəliyev timsalında müşahidə etdiyimiz bu "idarəçilik modeli" təəssüf ki, ölkədə tək nümunə deyil. Onlarla, yüzlərlə məmur övladı eyni sxemlə varlanır, xalqın çörəyi, dövlətin büdcəsi hesabına milyonluq bizneslər qurur, amma nə vergidən xəbər var, nə də məsuliyyətdən.

Daha faciəli bir nüansa toxunmaq lazımdır - 44 günlük Vətən Müharibəsi zamanı canını ortaya qoyan onlarla gənc torpaq uğrunda şəhid oldu, lakin həmin dövrdə bəzi məmur övladları evlərində rahatlıq içində oturub, mükafatlar və fəxri fərmanlarla "qəhrəman" oldular. Hətta bəziləri Müdafiə Nazirliyinin təqdimatı ilə “yardım göstərdiklərinə görə” mükafatlandırıldılar. Sual olunur: bu yardımlar harada, kimə və necə göstərildi? Dövlət orqanları bu suallara cavab verməyə nə vaxt hazır olacaq?

Bax elə İnvər Adil oğlu İnvərli də bu kateqoriyadandır. Gənc yaşında milyonluq bizneslər, nəhəng obyektlər, vətəndaşdan oğurlanmış imkanlarla dolu bir “karyera”. Bunlar ədalətin, bərabərliyin, şəhid qanı ilə yoğrulmuş torpağın harasında uyğundur?

DoğruXeber.az

```
ÖNCEKİ HABER

Naxçivanda Abonentlərin Cibinə Girmə İddiaları!

SONRAKİ HABER

"Reyhanə Müəllimin Vətən Sevgi Dərsləri"