İyun 20-də, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi genişmiqyaslı əməliyyat ölkədə ciddi rezonans doğurub. Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Sıkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlandığı bildirilib.
Musa Sıkiliyev və onunla birlikdə saxlanılanlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə edib ittiham olunurlar. Xatırladaq ki, son illərdə icra başçılarının ətrafında bu cür genişmiqyaslı əməliyyatlar keçirilmirdi. 2020-ci ildən sonra bu prosesə ara verilmişdi. İndi isə bu prosesin yenidən başlandığı və növbəti həbsələrin olacağı gözlənilir. Necə ki, əvvəllki həbsələr də zəncirvari olmuşdu və ard-arda icra başçıları saxlanilərək, hakim və prokuror qarşısına çıxarılmışdı.
İndi düşüncələri hakim kəsilənin sualı belədir: Musa Sıkiliyevdən sonra növbədə kim var? Hansi başçının başı dərd gedəcək? Bu sualların cavabı dəqiq bilinməsə də, gözlər önünə bir neçə icra başçısı gəlir. İlk sırada Qazaxın icra başçısı Rəcəb Babasovdur.
Bunu Rəcəb Babasovun ətrafındakı rəqibləri və ya digər bünövrəsi ilə örtə bilən bir neçə əsas amil gündəmə gətirir. Özü və oğlu bu məsələdə mətbuatın diqqətini çəkən əsas şəxslərdir. Son 9 ildə (Rəcəb Babasov 2016-cı ildən Qazaxın icra başçısıdır) bu ailənin hədədən artıqlaması ilə varlandığı qeyd olunur. Bu, başçının oğlunun sürdüyü maşınlardan və yaşadığı həyat tərzindən görünür.
Ötən ilin noyabr ayında Rəcəb Babasovun oğlu Elşən Babaszadə mətbuatın diqqətini çəkmişdi. Həmin vaxt yayılmış vizual və yazılı məlumatda onun bahalı maşınlarından, o maşınlara aldığı “göz desin” nömrələrindən bəhs edilirdi. Elşən Babaszadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilin dövlət nömrə nişanını almaqla gündəmə gəlmişdi. Vergi Xidmətində kiçik məmur olan bir şəxsin bu qədər bahalı əmlakı necə əldə etdiyi suallar yaradır. Yəqin ki, aidiyyatı dövlət qurumlarında şübhələr yaradır.
Bildirilirdi ki, E. Babaszadə “Mersedes Benz G-63 AMG” markalı maşına 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə dəyişdirib. 77 LL 077 Elşən Babaszadənin öz adına qeydiyyata alınıb. Təkcə bu fakt Rəcəb Babasovla bağlı araşdırma aparmaq üçün kifayət edir. İcra başçısı olaraq o, nə edir, hansı qaranlıq işlərə yol verir ki, oğlu 450 min manatlıq maşın sürür? Üstəlik, ona qiyməti bir neçə 10 min manatla ölçülən nömrə alır?
Ötən yazıda da qeyd etdiyimiz kimi, Qazaxın icra başçısı barəsində dərhal hüquqi addımlar atılmalıdır. Onun fəaliyyəti ciddi yoxlanmalıdır. Bütün bunlar indiki vəziyyətdə R. Babasovu hüquq mühafizə orqanlarının, DTX-nin hədəfinə gətirə bilər. Sadə bir araşdırma ilə Rəcəb Babasovun fəaliyyətində yol verdiyi qanunsuzluqlar üzə çıxa bilər. Qaxdan sonra növbə Qazaxa çata bilər.
R. Babasov haqqında digər məlumatlar da var. Deyilənə görə, rayonda xeyli torpaq sahələrini əllə keçirib. Çox yararlı sahələrdə böyük təsərrüfat qurub. Üstəlik keçirilən tenderlərdə özünə yaxın şəxslərin hər dəfə “qalib” gəldiyi bildirilir.
Bir başqa məlumat isə budur ki, R. Babasov tabeliyindəki işçilərlə həddən artıq kobud davranır. Hətta bildirilir ki, onları küçə söyüşləri ilə təhqir edir. Sadə insanlarla, vətəndaşlarla da davranışının yolverilməz olduğu bildirilir. Onun rəhbərliyinin rayonda ciddi narazılıq yaratdığına dair xəbərlər dolaşır.
```