“SOCAR Azneft IB Neft Daşlarından Kəlimov Rac yazır... düşünür və ümid edir ki, bəlkə sahə üzrə aidiyyəti bir mütəxəssis tapılıb onun suallarına cavab verə bilir?” “Dia-az” xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra bunları əlavə edib: “Azneft IB- hörmətli məsul şəxslərindən artıq dərəcədə xahiş edirəm, məni 5-ci dərəcəli neft qaz çıxarma operatorunun vəzifə standartı ilə tanış edilmə mənə kömək etsinlər! Bax, bu gün xahiş etdim, məni idarədən göndəriblər. Bu standartı da SOCAR Baş Ofisində tanımadığı deyirlər, bu köhnədir. Bu köhnədir, təsini də axtarıram tapa bilmirəm, yaxşı bəs mən nə edim? Köhnə dedikləri standartın karyera yüksəlişi imkanları bölməsində qeyd olunur ki, 12-ci dərəcəli neft qaz çıxarma ustası olmaq üçün qeyri-ixtisas təhsili ilə 5 il istehsalatda staj, orta ixtisas təhsili ilə istehsalatda 3 il iş stajı, bakalavr təhsili ilə istehsalatda 1 il iş stajı tələb olunur.
Sıkılda qeyd etmişəm.
Digər bir SOCAR cavabında qeyd olunur ki: SOCAR-da 8-11-ci dərəcəli usta vəzifələri üzrə minimal iş təcrübəsi kvalifikasiya tələbləri SOCAR-ın 20 may 2022-ci il tarixli SOCAR221000030300070020B00294 nömrəli əmri ilə “Müvafiq ixtisas sahəsi üzrə ali təhsili olduqda 1 il, orta ixtisas təhsili olduqda 3 il, ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi” kimi təsdiq edilmişdir.
Yaxşı, bəs bu qərar həmin standartda niyə əks olunmur?
Xahiş edirəm, yeni standart nədir? Onu mənə verin, mən həmin standartla VTISK-nin uyğunluğunu müəyyənləşdirmək istəyirəm.
5-ci dərəcəyə işə qəbul zamanı peşə təcrübəsinin tələbi olunmaması VTISK-ə uyğun olduğunu bildirildi. Görünür 11-12-ci dərəcəli usta vəzifəsinə olan tələblər VTISK-də nə yerdədir. Bundan əlavə, dərəcə diapazonu 2-6 arasıdır. 6-cı dərəcə barəsində maraqlandım, dedilər, onu ancaq yuxuda görmək olar, bu heç. Bəs işə qəbul zamanı 2-ci dərəcə niyə tətbiq edilmir?
Bir də “vəzifənin icra etdiyi fəaliyyətlərin siyahısı”nda qazlift və fontan quyularından, aqreqatdan, hava kompressor stansiyası barədə, tənzimləyicilər və s. işlər barədə heç nə qeyd olunmayıb. Ancaq mancanaq - kaçalka.
Bu məsələləri qaldırmaq mənim işim deyil, mən fəhləyəm. Aidiyyəti şəxslər qala-qala fəhlə niyə bu xətaları arayıb tapmalı və diqqət çatdırmalıdır?
Xahiş edirəm, məsul şəxslərdən bu məqamları bir nizama salsınlar, bilək nə var nə yox. İşləmək lazımdır.
Dia-az