Nasir Əhmədov 63 yaşında, 40 illik təcrübəyə malik həkimdir. Son sertifikasiya imtahanından 4 bal aşağı toplayaraq, özünün uzunmüddətli həkimlik fəaliyyətini dayandırmağı düşünür. Onun həyat yolu və fəaliyyətinə diqqət yetirək:
Əhmədov Nasir Qurban oğlu 1962-ci ildə anadan olub. 1969-1979-cu illərdə orta məktəb təhsili aldıqdan sonra, 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkimlik ixtisasına yiyələnib. Eyni ildən etibarən Abşeron Mərkəzi Xəstəxanasında Aşağı Güzdək, Yenikənd, Pirəkəşkül bölgələrinin həkim məntəqələrinə rəhbərlik edib. 1994-cü ilin may ayında Ulu Öndər Heydər Əliyev həmin ərazilərə səfər edərkən, Nasir həkimin fəaliyyətini yüksək qiymətləndirərək ona saat hədiyyə etmişdir. Nasir həkim uzun müddət (1986-cı ildən bəri) qüsursuz fəaliyyət şahidi olmuşdur, buna görə də dəfələrlə rəhbərlik və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri Fərman"larla təltif olunmuşdur.
20 Yanvar hadisələri zamanı yaralılara könüllü tibbi yardım göstərəndə Alin nahiyəsindən güllə yarası alan Nasir Əhmədov qürurla qeyd edir: - "Mən "şəmkdar Həkim", "Prezident Təqaüdçüsü" olmasam da, özümü "ULU ÖNDƏR MÜKAFATÇISI" hesab edirəm və bununla da fəxr edirəm".
Pandemiya dövründə 600 nəfər koronavirus yoluxmuş xəstəni ambulator şəraitdə müalicə edib həyata qaytaran Nasir Əhmədov, bu gün də Ulu Öndərin ideyalarına sadiq qalaraq öz işini məsuliyyətlə və vicdanla yerinə yetirir.
40 illik həkimlik fəaliyyətinə sahib olan 63 yaşlı həkim, təqaüdə çıxmasına 2 il qaldığını və qüsursuz xidmətlərini əsas tutaraq, sertifikasiya imtahanından azad edilməsini istəyir. O, qalan 2 ilini də Ulu Öndərin ideyalarına sadiq olaraq ləyaqətlə işləmək istədiyini ifadə etmək üçün Birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova və səhiyyə naziri Teymur Musayevə müraciət ünvanlamışdır. Lakin bu müraciətlərin heç birinə cavab verilməmişdir.
Göründüyü kimi, Nasir Əhmədov Tibbi İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanovun qəbuluna getmək istəyir. İnanırıq ki, TƏBİB rəhbəri Vüqar Qurbanov, 40 illik səriştəli həkimlik fəaliyyətinə sahib olan Nasir Əhmədovun sertifikasiya imtahanından aldığı aşağı balın 20 Yanvar hadisələri zamanı yaralılara könüllü tibbi yardım göstərərkən aldığı güllə yarası ilə əlaqəli olduğunu nəzərə alaraq, onun uzunmüddətli qüsursuz həkimlik fəaliyyətini qiymətləndirəcək və özü düzgün qərarın verilməsi ilə Ulu Öndərin fəaliyyətini yüksək qiymətləndirdiyi Nasir Əhmədova lazımı köməklik göstərəcəkdir.
Əsas: Nasir Əhmədovun müraciəti
"Nasir Əhmədovun Sertifikasiya İmtahanı Sıxıntısı"
40 illik şərəfli həkimlik fəaliyyətinə sahib olan 63 yaşlı həkim Nasir Əhmədov SERTİFİKASİYA İMTAHANINDAN tələb olunandan dörd bal aşağı toplayıb