“Xaricdə Təhsil: Agentliyin Qərarları Etirazlara Səbəb Olur”

Azərbaycanlı tələbələrin xaricdə, xüsusilə Türkiyədə aldıqları ali təhsili ölkədə davam etdirməklə bağlımüraciətlərinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən imtinalar son vaxtlar ictimai narazılığa səbəb olub

Az?rbaycanlı tələbələrin xaricdə, xüsusilə Türkiyədə ali təhsildən keçmələri ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən imtinalar son dövrlərdə ciddi narazılığa səbəb olmuşdur. Etirazların artması ilə Agentlik məsələyə dair rəsmi açıqlama verməmişdir, lakin yayımlanan bəyanat, narazılığı azaltmaq əvəzinə, ictimaiyyətin suallarını daha da artırmışdır. Agentliyin direktor müavini Nicat İsadlı bildirib ki, "Təhsilin kredit sisteminin tərkibi qaydalarında bakalavr pilləsi üçün 240 kredit müəyyən edilib, hər semestr üçün tələbə 30 kredit toplamalıdır." Bu, Nazirlər Kabinetinin 348 nömrəli qərarı ilə əsaslandırılır. Lakin Agentlik, qeyd edilən maddənin məzmununu tam açıqlamır və yalnız bir hissəsinə istinad edir. 348 nömrəli qərarın 3.2.2-ci bəndinin tam nəzər yetirildikdə açıq şəkildə göstərilir ki: "Əgər tələbənin akademik borcu varsa və ya bu borc prerekvizit fənlərdən qaynaqlanırsa, bu halda tələbənin topladığı kredit sayı normadan az ola bilər." Bu, qanunun kredit azlığına şərait yaratdığını göstərir. Agentlik də bu bəndə riayət edərək, hər semestr üzrə 30 kreditdən az toplamış bütün tələbələri avtomatik şəkildə çıxardır. Bunun isə hüquq normalarının pozulması anlamına gəldiyi qeyd edilir. Çünki yuxarıda istinad edilən normada aydın şəkildə qeyd edilmişdir ki, tələbənin topladığı kredit sayı tələb olunan 30 kreditdən az ola bilər. Belə olan halda, Agentliyin mövqeyi qanunvericiliklə tam ziddiyyət təşkil edir. Agentliyin direktor müavinin digər mövqeyi isə xaricdən köçürülmək istəyən tələbələrin oxuduqları universitetlərdə mütləq imtahan verilməsinin vacibliyidir. Türkiyə üçün bu imtahan "YÖS" olaraq göstərilir. Lakin burada da bir ziddiyyət yaranır, çünki 2023-cü ildə qəbul olunan tələbələrin böyük əksəriyyəti universitetlərin özünün təşkil etdiyi YÖS imtahanları ilə qəbul olunublar. TR-YÖS adı ilə mərkəzləşdirilmiş sistem isə yalnız 2024-cü ildən etibarən tətbiq ediləcək. Bundan əlavə, KQ-02 nömrəli qərarının 2.13.1-ci bəndində "TR-YÖS" deyil, sadəcə "YÖS imtahanları" tələbi qeyd olunub. Bu da bütün tələbələri müvafiq YÖS imtahanları ilə qəbul olunmaları tələb edildiyi anlamına gəlir. Agentliyin mövqeyi, Elm və Təhsil Nazirliyi Kollegiyası tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarına tam ziddiyyət təşkil edir. Məsələ ilə bağlı hüquqşünas, Xəzər Konsaltinq vəkil bürosunun vəkili Samir Xudaquluyev məsələnin hüquqi aspektlərini qeyd etmişdir. O bildirib ki, hazırda xaricdə, xüsusilə Türkiyədə ali təhsil alan Azərbaycanlı tələbələrin Azərbaycana köçürülməsi ilə bağlı ciddi hüquqi nöqsanlar müşahidə olunmaqdadır. Elm və Təhsil Agentliyinin açıqlamasında ən təəccüblü hissələrindən biri "Bəzi xaricdə təhsil alan tələbələr ildən-ilə 1-2 dərs götürüb, təhsillərini 8, 9, bəzən 10 ilə kimi davam etdirirlər." Bu cümləni Agentliyin proqramına uyğunlaşdırmaq çətindir, çünki Türkiyə Respublikasının ali təhsil sistemində bakalavriat təhsilinin maksimum müddəti 7 ildən ibarətdir. Bu müddət ərzində müzun olmayan tələbələrin universitetlə münasibəti artıq dayanır. Agentliyin bu bəyanat daya dövr ərzində, cəmiyyətin ədalət hissini sarsıdır. Hər bir qərar yüzlərlə, minlərlə insanın taleyinə toxunur. Məsuliyyətsizlik gec-tez inamsızlıq, ədalətsizlik və sosial parçalanma ilə nəticələnə bilər. Cəmiyyət artıq bunu qəbul etmir. Agentlik açıqlamasında bildirir ki, vətəndaş qərarla razı deyilsə, "yaxşı xəbər budur ki, apelyasiya komissiyası mövcuddur." Bu vəziyyət ictimaiyyət tərəfindən ironik qarşılanır. Çünki bu, vətəndaşın əvvəldən var olan hüququdur. Hüquq normalarının təmin edilməsi bir dövlət orqanı tərəfindən “müsbət jest” kimi təqdim edilməməlidir. Təhsil eksperti Kamran İsadlı, Agentliyin açıqlamasını sərt tənqid edərək qeyd edib ki, "Təhsildə məsuliyyət yalnız dərslərin beinisi ilə bitmir. Bu, həm də qanunlara, etikaya, vətəndaş hüquqlarına hörmətlə yanaşmaq deməkdir." Bu, təkcə idarəçilik problemi deyil. Bu, təhsilin mahiyyətini zədələyən, gənc nəsilə verilən mesajı pozan, cəmiyyətin ədalət hissini sarsıdan təhlükəli bir tendensiyadır.
ÖNCEKİ HABER

Sabunçuda tikinti qiymətləri artdı, səbəb Ramil Əliyev!

SONRAKİ HABER

"Nigar Fırhadın Doğum Günü: Sözün Bitmədiyi An!"