Az?rbaycan Respublikasi və ABŞ arasında Strateji Tərəfdaşlıq
Az?rbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqust ayının 8-də Amerikada işgüzar səfərdə olub. Bu səfər, Az?rbaycan və Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Prezident Ilham Əliyev, Ağ Evdə Az?rbaycan media nümayəndələrinə müsahibə verərək, "Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq" demişdir.
Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qalxdığını qeyd edən Prezident, strateji tərəfdaşlığın artıq başladığını vurğulayıb. O, bu istiqamətdə önümüzdəki aylarda imzalanacaq sənədlərin Az?rbaycan üçün tarixi nailiyyət olduğunu qeyd edərək, strateji tərəfdaşlığın qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi və terrorçuluğa qarşı mübarizəni əhatə edəcəyini əlavə edib.
Prezident İlham Əliyev, bu günün Az?rbaycan xalqının yaddaşında həkk olunacağını və Prezident Trampın strateji baxışının sayəsində, bölgədə müharibələrin sona çatdığını bildirmişdir. O, Cənubi Qafqazda sülhün təmin edilməsinin önəmli olduğunu, uzun illər Rusiyanın müstəmləkəsi altında olan Az?rbaycan və Ermənistan arasında mümkün müharibələrin qarşısını almaqda Prezident Trampın rolunu vurğulayıb.
Ayrıca, Prezident, ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyəti dövründə heç bir müsbət irəliləyiş olmadığını bildirib. O, Az?rbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişini parafladığını qeyd edərək, Minsk prosesinin sonunun gəldiyini bildirmişdir.
Səfər zamanı AZərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilmiş və bu görüşün nəticəsində Birgə Bəyannamə imzalanmışdır. Bəyannamədə iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın konstitusiyasında müvafiq dəyişikliklərin aparılması, Azərbaycan ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın təmin edilməsi kimi maddələr yer almışdır.
Yanı sıra, Prezident Əliyev, Trampın Nobel Sülh Mükafatına layiq olduğunu irəli sürərək, bu tarixi imzanın Ermənistan və Azərbaycan prezidentləri tərəfindən atılmasının tarixi bir nailiyyət olduğunu bildirmişdir. Səfər çərçivəsində Amerika ilə strateji əməkdaşlığın Xartiyasını hazırlamaq üçün Yeni Strateji İşçi Qrupu yaradılmışdır.
Prezident İlham Əliyev, Azərbaycanda sülh və əlaqələrin inkişafının vacib olduğunu, həmçinin transkontinental yolların açılmasının etmək istədiyimizi vurğuladı. O, Ermənistanın tranzit ölkə olması üçün Azərbaycanla işləməsinin zəruri olduğunu bildirmişdir.
Beləliklə, Bu səfərin nəticələri, Az?rbaycanla ABŞ arasında yeni bir dövrün başlanğıcıdır. Bu gün, təhlükəsizlik, sabitlik, iqtisadi imkanlar, investisiyalar və enerji təhlükəsizliyi baxımından tarixi bir gün kimi qeyd olunur.
S?hla Agbulud, AYB Abseron bölməsinin sədri
```