"TamStore müştəriləri aldatdığı üçün cəzalandırıldı"

Marketlər şəbəkəsi olan “TamStore” mağazası müştəriləri çəkidə, qiymətdə aldadıldığı üçün barəsində protokol tərtib edilib
“TamStore” mağazası müştəriləri çəkin, qiymətdə aldadıldıqları üçün barəsində protokol tərtib edilib.
“TamStore”də müştəriləri belə aldatırlar
Xalq xəbərlərinə görə, müştəri şikayəti əsasında aparılan yoxlama zamanı “TamStore”nun İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozduğu məlum olub. Bu maddəyə əsasən, mal satan və ya xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsü, çəki, hesabına, istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda (az miqdarda dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ nəzərdə tutulur) aldadılması halında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək cərimə edilir. “TamStore” ilə bağlı iş Səbail rayon Məhkəməsinə göndərilib. 25 avqust tarixində hakim Sahilə Bağırovun sədrlik etdiyi iclasda məhkəməyə baxılacaq. Qeyd edək ki, “TamStore” supermarketlərinin sahibi olan “TamStore” MMC “Avrora Group” tərəfindən 2023-cü ildə yaradılıb.
“TamStore” MMC-nin qanuni nümayəndəsi Ceyhun Yusubov Lətif oğludur. “Avrora Group”un qanuni nümayəndəsi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur. Xatırladaq ki, “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsasını 1 noyabr 1993-cü ildən qoyub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtmaqla başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfelinə “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Kraft Heinz”, “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 2001-ci ildən “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda makaron fabriki, qənnadı fabriki, qazlı və qazsız içkilər fabriki, karbon dioksid fabriki, un istehsalı fabriki vardır. (Xalq) Qarşı tərəfi dinləməyə hazırıq.
ÖNCEKİ HABER

"Sahbuzda qazi ailəsinə münasibət narahat edir!"

SONRAKİ HABER

"Bakıda büdcə xərcləri icrası ilə bağlı problemlər"