"Bazarstore MMC-yə 1000 manat cərimə tətbiq edilib"

“Azərsun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərən “Bazarstore” mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) apardığı operativ vergi nəzarəti nəticəsində cərimələnib
```html

“Azərsun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərən “Bazarstore” mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) apardığı operativ vergi nəzarəti nəticəsində cərimələnib.

İldə etdiyi məlumata görə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına Riayət olunmaması ilə bağlı tərtib edilmiş AKT-a əsasən, “Bazarstore” MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Nəzarət tədbiri zamanı pul hesablaşması zamanı qanun pozuntusuna yol verildiyi müəyyən olunub.

Alınan digər məlumata görə, şirkətin hazırda 11.917,01 manat məbləğində vergi borcu var. Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvani Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.

32gun.az-in əldə etdiyi digər məlumata görə, “Bazarstore”nin Gəncə şəhərində fəaliyyət göstərən filialının (“Gəncə Bazar Store” MMC) isə vergi borcu 1 milyon manatı keçib. Bu borc 1.115.693,34 manat təşkil edir.

Məlumata görə, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Gəncə filialında da yoxlamalar aparılıb və nöqsanlar aşkar edilib. Yoxlama nəticəsində, pul vəsaitinin uçotdan gizlədilməsi və malların qaimə-fakturasız alınması ilə bağlı 1038 manat, fiziki şəxslərlə əmək müqaviləsi olmadan işə cəlb edilmə faktına görə isə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Bildirək ki, “Gəncə Bazar Store” MMC-nin qanuni təmsilçisində də dəyişiklik baş verib. Şirkəti əvvəllər rəhbərlik edən Mahmudzadə Mahmud Məmmədli oğlu Bəxtiyar Yaqub oğlu Xəlilov əvəz edib.

```
ÖNCEKİ HABER

"Rəqəmsal məktəblərə hazırlıqda problemlər yaşanır!"

SONRAKİ HABER

T. Əmirov Naxçıvan Komitəsinin aparat rəhbəri təyin edildi