Rəqəmsal Məktəb Problemləri
2025-2026-cı ildən "Rəqəmsal məktəb" keçmək qərarı alan Emin Əmrullayev, dərslərin başlamasına 1 ay qaldığı halda, heç bir maddi-texniki bazanı təmin etməmişdir. Görünən odur ki, Emin Əmrullayev və Esqi Bağırov Azərbaycanın yalnız Bakıdan ibarət olduğunu düşünür.
Hazırda, ölkədə internet olmayan, işıqsız və kompütersiz məktəblər mövcuddur. Keçən zaman ərzində heç bir tədbir görülməyib. Bu da yeni yeyinti növü, yeni müəllimləri alçaltmaq və incitmək üçün təşkil edilir. Son bir ayda müəllimlər sertifikasiya, məktəb, siniflər və şagirdlərlə məşğul olmalıdırlar ki, həm də rəqəmsal jurnal öyrənə bilsinlər və tətbiq etsinlər.
Elə məktəblər var ki, bütün müəllimlər bir kompüter ilə növbə gözləyərək işlərini görürlər. İndi isə bu qərarın yersiz, lazımsız və sadəcə yeyinti üçün olduğu aydındır. Sistemə mütləq yeni yanaşma tələb olunur.
Unutmayaq ki, MÜTDA keçən il dəmin bir bəhanə ilə jurnalları çox gec vermişdi, halbuki müəllimlərdən 2 gün ərzində jurnalları tam təhvil vermələri istənilmişdi. Bu, Esqi Bağırovun şəxsi idarəetmə tərzidir.
Üstəlik, əvvəlcə təmin etmək, sonra tələb etmək lazımdır. Təhsil sistemində olan bu yararsız qərarlar sistemi daha da bərbad hala gətirir. Artıq bunların birbaşa məqsədli olduğu açıq-aşkar ortadadır.
Bu ilin biabırçıqları isə hələ tədris ili başlamadan meydana çıxmışdır.
Bütün bunlar, Azərbaycan təhsil sisteminin gələcəyi üçün ciddi suallar yaradaraq, müəllimlərin işini daha da çətinləşdirir. Rəqəmsal dönüşümün təmin edilməməsi, ölkənin müxtəlif bölgələrindəki məktəblərin bərabər inkişaf etməməsinə səbəb olur. Bu da təhsilin keyfiyyətinin aşağı düşməsinə yol açır.
Görünən odur ki, gələcəkdə bu problemlərin aradan qaldırılması üçün daha ciddi addımlar atılmalıdır. Müəllimlərin, şagirdlərin və təhsil sisteminin bütün iştirakçılarının birgə fəaliyyəti, uğurlu təhsil üçün zəruridir. Yalnız bu yolla, müasir dövrün tələblərinə uyğun bir təhsil sistemi yaratmaq mümkün olacaq.
```