"Prezident İlham Əliyev: Müsəlmanların Birliyi Şərtdir"

Prezident İlham Əliyev növbəti dəfə dünyanın aparıcı kütləvi informasiya vasitələrindən birinə müsahibə verib

Prezident İlham Əliyevin Müsahibəsi

Prezident İlham Əliyev, Səudiyyə Ərəbistanının “Əl-Əxbəriyyə” telekanalına avqustun 26-da verdiyi müsahibədə bir sıra mühüm məsələlərə toxunmuşdur. Ölkə başçısı, Azərbaycanın Cənubi Qafqaz regionundakı regional proseslərdəki rolunu vurğulayaraq, ölkədəki tolerant mühitdən və sünni ilə şiə icmaları arasındakı münasibətlərdən danışmışdır.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün təriqətlərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrımcılıq olmadığını, Azərbaycanın cəmiyyətində təriqət məsələsinin ümumiyyətlə yer almadığını vurğulamışdır. Prezident, Azərbaycanlıların etnik qrup olaraq İslamın müxtəlif qollarına aid nümayəndələrdən ibarət olduğunu da qeyd edib. O, müstəqillik dövründə bu sahədə görülən islahatların müsbət tendensiyaları gücləndirmək məqsədi daşıdığını bildirib.

Ölkə başçısı həmçinin, Azərbaycanın şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdiyi az sayda ölkələrdən biri olduğunu

İlham Əliyev, “Biz düşünüb ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığına təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq.” sözlərini qeyd etmişdir. O, həmçinin ideologiya cəhətdən özlərini istənilən müdaxilələrdən, müsəlmanlar arasında nifrət toxumu salmaq cəhdi ilə qorumağın zəruriliyini vurğulayıb.

Bu gün Azərbaycanda mədəniyyətlərarası dialoq sahəsində də bir çox islər həyata keçirilməkdədir. Hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslar keçirilir. Bu konfranslarda yalnız müsəlmanlar üçün deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.

Prezident İlham Əliyev, “Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, - mənim prezidentlər arasında bir çox əlaqələrim var, - hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və təriqətlərə bölünmək bizim birliyimiz üçün təhlükədir.” sözlərini ifadə edib.

Nəticədə, Azərbaycanın Körfəzin ölkələrinin “rifah naminə sülh” baxisini dəstəklədiyi vurğulanmışdır.

Firudin Dadasov - ilahiyyatçı

ÖNCEKİ HABER

"Prezident İlham Əliyevdən sülh və sabitlik mesajı"

SONRAKİ HABER

İlham Əliyevdən Prabowo Subiantoya Təbriq Mektubu