Avqustun 26-da Səudiyyə Ərəbistanının “El-İrəbiyyə” telekanalında yayımlanan Prezident İlham Əliyevin genişmüxtəlif müsahibəsi dünyanın bir çox ölkələrində, xüsusilə Yaxın Şərq ölkələrində maraqla qarşılanmışdır. Bu müsahibədə Prezident, Azərbaycanın bölgədə davamlı sülhə nail olmasında maraqlı tərəf olduğunu bəyan edərək vacib mesajlar vermişdir.
Prezident İlham Əliyev ilk növbədə Vaşinqtonda keçirilən tarixi görüşə toxunaraq vurğuladı ki, bu görüş bölgədə uzun müddətdir davam edən qarşıdurma və gərginliyin sona çatdığını göstərir. O, danışıqların ABŞ Prezidenti Donald Tramp və onun komandası tərəfindən göstərilən ciddi siyasi iradə və dəstək nəticəsində baş tutduğunu xüsusi qeyd etdi. Dövlət başçısı sülh sazişinin hələ də imzalanmamasının əsas səbəblərindən biri kimi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddanın qüvvədə qalmasını göstərdi. Prezident həmçinin Ermənistana konstitusiyasında dəyişikliklərin zəruri olduğunu bildirərək, bu prosesə hər hansı bir müdaxilənin olmamasına ümid etdiyini ifadə etdi.
Dövlət başçısı müsahibədə ötən il mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasının və bu hadisəyə rəsmi Moskvanın reaksiyasının ölkəmizdə böyük məyusluq doğurduğunu önə çıxardı. Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci ilin 9 noyabrında Azərbaycan təsadüfən Rusiya helikopterini vurduqda dərhal üzr istəmiş, təzminat ödəmış və məsul şəxsləri cəzalandırmışdı. Lakin bu dəfə Rusiya tərəfindən oxşar addımların atılmadığını gördüklərini qeyd etdi. Bu, ikitərəfli münasibətlər baxımından ciddi məsələdir. Azərbaycanın konstruktiv və hüquqi mövqe sərgilədiyini, lakin heç vaxt təcavüz və ya hörmətsizliyə dözməyəcəyini vurğuladı.
Dövlətimizin başçısı Yaxın Şərqdə baş verən proseslərə toxunaraq, İsrail və Suriya arasında münasibətlərin normallaşması üçün real imkanların mövcud olduğunu bildirdi. Azərbaycan uzun illər Suriya ilə diplomatik əlaqələri dayandırmışdı, lakin yeni hökumət iş başına gəldikdən sonra münasibətlər bərpa olunub. Ölkəmiz Suriyaya humanitar yardım göstərərək, Türkiyə, Qətər və Suriya ilə dördtərəfli razılaşma imzalamışdır. Hazırda Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya tədarük edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərmişdir. Prezident qeyd etdi ki, 1,2 milyard kubmetr qazın Suriyaya tədarükü üzrə razılığa gəldik, lakin daha çox qaz tələb olunursa, gələcəkdə bunun həcmini artıra biləcəyimizi bildirib.
İsrail və Suriya rəsmləri arasında danışıqlar artıq Azərbaycanın vasitəçiliyi ilə baş tutub. Prezident bir daha bəyan etdi ki, Azərbaycanın məqsədi bölgədə sülh və sabitliyə töhfə verməkdir. Əgər bu prosesə az da olsa dəstək verə bilmişiksə, bunu məmnunluqla qarşılayırıq. Nəhayət, müxbirin sünni və şiə icmaları arasında münasibətlərin yaxşılaşması ilə bağlı sualına cavab olaraq, Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu sahədə nümunəvi dövlətdir. Şiə və sünnilər burada birgə, eyni məsciddə ibadət edir və təriqət ayrı-seçkiliyi yoxdur. Prezident vurğuladı ki, müsəlman dünyasına ən böyük ziyan təriqətçilikdən gəlir və Azərbaycan bu cür bölücülüyə qarşı qəti mövqe sərgiləyir.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “El-İrəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoymuşdur.