Prezident İlham Əliyevin Çin Xarici Səfəri və Strateji Əməkdaşlığı
Prezident İlham Əliyev, Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da Çinə isbizar səfərə gəlib. Ölkə başçısı Sanxay İqtisadiyyat Təşkilatının "SXT plus" formatında keçirilən Zirvə toplantısında iştirak edib. Bu tədbir, eyni zamanda, Çinin xarici hərbi müdaxilələri və faşizm üzərində qələbəsinin 80 illiyi ilə əlaqədar keçirilən təntənəli fəaliyyətlərdə də yer alıb.
Sentyabrın 1-də Çin Xalq Respublikasının Tianjin şəhərində SXT formatında görüşdə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri iştirak edib. Azərbaycanda, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun ifadəsi olaraq, SXT sammitinə üçüncü dəfə dəvət olunmağı önəmli bir hadisədir.
2001-ci ildən Sanxayda təsis edilmiş təşkilata hazırda 10 ölkə tamhüquqlu iştirakçı kimi daxildir. Bu ölkələr arasında Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan yer alır. Eyni zamanda, Əfqanıstan və Monqolustan təşkilata müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Sri-Lanka isə dialoq tərəfdaşı statusuna malikdir.
SXT-in əsas məqsədi regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının və elmi-mədəni fəaliyyətin inkişafıdır. Üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli və beynəlxalq səviyyədə yeni siyasi-iqtisadi platformaların yaradılması SXT-in qarşısında duran əsas məsələlərdir.
Azərbaycanda hazırda SXT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildən müvafiq əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanmışdır. Bu memorandum, terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə məsələlərini əhatə edir, bu da ölkəmizin maraqlarına uyğundur.
Prezident İlham Əliyev, Çin Xalq Respublikasının sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhmməd Şahbaz Sarif, Maldiv Respublikasının Prezidenti Məhmməd Muizzu, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşlər keçirib. Prezident həmçinin Tianjin şəhərində "China Energy Engineering Corporation Limited" şirkətinin prezidenti Ni Cen, "Sichuan Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi Sie I, "CETC" korporasiyasının baş direktoru Cu Pen və "CCCC" şirkətinin sədri Son Haylian ilə görüşlər aparıb.
Sentyabrın 1-də Tienjin şəhərində keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayırmışdır. İki dövlət arasındakı dostluq və strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. 2024-cü ildə Astana şəhərindəki SXT sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur.
Prezident İlham Əliyev çıxışında bildirib ki, "Azərbaycan regionda Çin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk." Ölkə başçısı, həmçinin Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması müzakirələrinin beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcəyini qeyd etmişdir.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Prezident İlham Əliyev, Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyinə əminliyini bildirib.
Bu cür önəmli hadisələr, Prezident İlham Əliyevin düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mütərəqqi tədbirlərə dəvət olunması, yalnız ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqedən irəli gəlmir, həm də Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü