2025-ci ilin avqustunun 30-da Prezident Ilham Əliyev Çin Xalq Respublikasının Tianjin şəhərinə səfər edib. Səfər çərçivəsində Prezident Ilham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Sarif, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və bir sıra aparıcı Çin şirkətləri ilə fərqli sahələrdə (enerji, yaşıl enerji, texnologiya və rabitə) geniş görüşlər keçirib. Bu, ticari əlaqələrin daha da dərinləşəcəyini göstərir.
Prezident Ilham Əliyev Tianjin şəhərində Çin Prezidenti Si Cinpin ilə görüşüb. Səmimi atmosferdə keçən görüşdə Çin Azərbaycanın suveren inkişaf modelinə sahib bir tərəfdaş kimi qiymətləndirirərək Azərbaycanın strateji mövqeyini vurğulayıb. Bu səfər Azərbaycanın bir neçə strateji mesajı ifadə edir: Bakı-Pekin dialoqu yalnız rəsmi dekorasiya deyil, həm də qarşılıqlı etimad və şəxsiyyətlərarası dostluğu göstərir.
Ticarət əlaqələrinin yüksəlməsi və biznes mühitinin inkişafı, Azərbaycanın qlobal iqtisadi sistemdə daha fəal rol oynamaq istəyini ifadə edir. Görüşlərdə bildirilib ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan-Çin ticarət dövriyyəsi 26.7% artaraq 2.5 milyard dollardan çox olub, Çin tərəfdən Azərbaycanın ixracı 4.5 dəfə artmışdır.
Sentyabrın 1-də Çinin Tianjin şəhərində "SQT plyus" formatında görüşdə Azərbaycan Prezidenti Ilham Əliyev çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı bildirib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağlıqları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son ikiildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş SQT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri qurulmuşdur. Bu il Prezident İlham Əliyevin Çin dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyannamə imzalanmışdır. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açıb.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, "Azərbaycan regionda Çin üçün etibarlı tərəfdaşdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk." Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Xl Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildən 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycana vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycana vasitəsilə yüklərin həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır.
Bütün bunlar, Şanxay İş Görüş Təşkilatının sammitində iştirakı Azərbaycanın regionda müxtəlif diplomatik və iqtisadi əlaqələri balanslı şəkildə tutmaq qabiliyyətini sübut edir.
Agarım Baxisov - Dövlət İdarəçilik Akademiyası
```