Erm?nistan r?hb?rliyi ilə kils? arasındakı münaqişə, geriyədönüsü mümkün olmayan bir mübarizəyə çevrilmişdir. Baş nazir Nikol Pasinyan, açıq şəkildə bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edir. Qaregin, Pasinyanı t?slimçilikdə ittiham etməkdədir. Hakimiyyətə yaxın mediada katolikosun yaxın zamanda istefa verəcəyi iddiaları yayılmaqdadır. Bu məlumatlara görə, Qareginin başqa bir çıxış yolu yoxdur və o, Pasinyana t?slim olmaq m?cburiyyətindədir.
Bununla yanaşı, kilsə bu çağırışlara və ittihamlara qarşı sakit durmaq fikrində deyil. Kilsə, "əbədi və özəli müttəfiqi" olan erməni lobbisini müraciət etmiş, onlarla İrəvanda görüş keçirmişdir. Medianın verdiyi xəbərlərə görə, II Qaregin Eçmiadzində (Üçkils?) Amerika Erməni Assambleyasının (AAA) h?msədri Oskar Tatosyani, keçmiş h?msədr Entoni Barsamyani və icraçı direktor Brayan Ardunu qəbul etdiyi bildirilir. Yaxın zamanda digər ölkələrdən də diaspora ilə bu cür görüşlərin olacağı gözlənilir. Həmçinin, katolikosun Vatikana yola düşməsinin xəbəri yayıldı; s?f?r çərçivəsində onu Roma Papası XIV Lev qəbul edəcəkdir.
Müzakirələrdə "erməni xalqi və vətəni qarşısında duran daxili və xarici çağırışlar, Qarabağdan könüllü çıxan ermənilərin qanuni hüquqlarının müdafiəsi məsələləri" müzakirə edilib. Katolikos, erməni kilsəsinin xalqın maraqlarının müdafiəsi və Ermənistan-diaspor əlaqələrinin gücləndirilməsi istiqamətində ardıcıl səylərini yüksək qiymətləndirdiyini bildirib. Görüşün həyata keçirilməsi, kilsənin həbslər və cəmiyyət tərəfindən dəstəyin irimiqyaslı olmamasına baxmayaraq hakimiyyətə qarşı mübarizəni davam etdirmək istəyini ortaya qoyur.
2026-ci il seçkilərinə qədər Pasinyana qarşı total mübarizə elan edən II Qaregin lobbi maliyyəsindən faydalanmağa çalışır. Avqustun 9-da Vaşinqtonda imzalanan üçtərəfli Bərpa Bəyannaməsinə qarşı sərt mövqe ilə seçilən kilsənin sənədi tənqid edildiyi bildirilir. Məlumata görə, katolikos Pasinyanla açıq mübarizə aparmaq qərarına gəlib və bunun üçün Ermənistan rəhbərinə qarşı komanda yaradıb.
Gizli görüşdə katolikos, Ermənistanın bütün yupartiyalarının rəhbərlərinə açıq şəkildə Pasinyanla yanaşı, onun ailə üzvlərinə və hökumət nümayəndələrinə necə yalan xəbərlər yayılması m?qsədilə bütün mümkün imkanlardan istifadə etmələri istiqamətində təlimat verib. Kilsənin hədəfi, Pasinyanı vəzifəsindən uzaqlaşdırmaq məqsədidir. Müzakirələrdə Pasinyana qarşı seçki məsələsində vahid cəbhədən çıxış etmək üçün razılıq əldə edildiği düşünülür.
Göründüyü kimi, Rusiya, Ermənistanın daxili işlərinə müdaxilə edərək Pasinyana qarşı gizli şəkildə təşkilatlanır. Kilsə və xaricdəki erməni diasporunun qarşısında təşkilatlanma gözlənilir. Rusiya tərəfi, bu gün Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın və digər rəsmi şəxslərin verdiyi bəyanatlardan narazıdır. Prezident Xaçaturyan, Rusiyanın uzun illər ərzində Ermənistanla olan münasibətinin dəyişdiyini vurğulayıb.
Baş nazir Nikol Pasinyan isə Ermənistanın bu gün heç vaxt olmadığı qədər müstəqil və təhlükəsizlikdə olduğunu bildirib. Ermənistanla Azərbaycanın arasında sülh bərqərar olursa, hökumət, yüz il üçün təhlükəsizliyi təmin edəcək qərar qəbul etməli olduğunu vurğuladı.
Qısacası, Ermənistan bu gün öz tarixinin ən gərgin dövrlərindən birini yaşayır. Gəlişən hadisələr, Pasinyan hökumətinə qarşı kilsə-lobbi və Rusiya qüvvələrinin artan hücumlarının olduğunu göstərir. Seçkilərə qədər olan prosesdə mübarizə daha da güclənəcək, mümkündür ki, fiziki cəhətdən də Pasinyanın aradan götürülməsi planları cızılmaqdadır.