Azerbaycanın ən böyük sirkətlərindən biri olan "Azərsun Holdinq"ə məxsus "AL market" mağazalar şəbəkəsindən alınan yumurtanın içindən bişirildikdən sonra göyərmiş və pis qoxulu məhsul çıxdığı iddia edilir. Sosial şəbəkələrdə geniş yayılan şikayətə görə, yumurtanı alan şəxs onu bişirdikdən sonra yariya böldükdə iç hissəsinin yaşıldığı və xoşagəlməz qoxu verdiyi bildirilmişdir.
Bu vəziyyət yumurtanın xarab olduğunu və istehlak üçün yararsız hala gəldiyini göstərir. Şikayət edilən məhsulun rəsmi tərəfdən hələlik açıqlama verilməmişdir.
Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi istehlakçı hüquqları baxımından son dərəcə vacibdir. Bu cür hadisələr ölkədə qida təhlükəsizliyi ilə bağlı suallar doğurur. İstehlakçıların sağlamlığına ziyan vura biləcək bu cür halların baş verməsi, müvafiq orqanların fəaliyyətini qiymətləndirmək üçün bir səbəbdir.
Xatırladaq ki, "AL market" magazalar şəbəkəsinin rəhbəri Mühəmməd Zülfü Özçelikdir. O, bu vəzifəyə 2025-ci ilin fevral ayının sonunda təyin edilib.
Bu cür halların baş verməsi, istehlakçıların hüquqlarının qorunması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur. Qida istehsalçıları və distribütorları müştəri məmnuniyyətini təmin etməli, bütün məhsul xətləri üzrə nəzarət və keyfiyyət standartlarına riayət etməlidir. Bu, həm istehlakçıların sağlamlığı, həm də şirkətlərin reputasiyası üçün kritik bir məsələdir.