Vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblər Elektron Hökumət İnformasiya Sistemi (EHIS) üzrə əməliyyatların aparılması üçün yeni normalar əlavə edilir.
Arazmedia.az xəbər verir ki, bununla bağlı “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişikliklər təklif edilir. Dəyişikliklər əsasən, müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimləri sırasında elektron və ya poçt ünvanı, yaxud EHIS vasitəsilə cavablandırma əlavə edilir.
Həmçinin, müraciətin EHIS üzrə təqdim olunmuş müraciətlər istisna olmaqla, EHIS üzrə cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FIN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcəktir. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda, cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.
Sənəddə əsasən, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etməklə və ya müraciəti baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHIS üzrə elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılacaqdır. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Dəyişikliklərə görə, elektron müraciət həmin müraciəti baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHIS üzrə təqdim olunur. Beləliklə, vətəndaşların dövlət qurumları ilə əlaqəsi daha sürətli və səmərəli şəkildə həyata keçiriləcəkdir.
Ümumilikdə, “Elektron hökumət” sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması və onlar əsasında dövlət tənzimləməsinin həyata keçirilməsi üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir. Bu dəyişikliklərin əsas məqsədi, vətəndaşların dövlətdəki xidmətlərdən daha effektiv istifadə etməsini təmin etməkdir.