Bu gün Bakı, Göyçay və Yevlaxın bəzı ərazilərində elektrik enerjisi ilə bağlı müvəqqəti məhdudiyyətlər olacaq.
“Azərişıq”dan Arazmedia.az-a verilən məlumata görə, elektrik enerjisinin verilməsində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 7-də paytaxt ərazisində Transformator Mntıqdası (TM), eyni zamanda Göyçay və Yevlaxda 10 kV-luq hava elektrik veriliş xətləri üzrə tədqiqat işləri aparılacaq.
Məlumata əsasən, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSI) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Səfərzadə, Abdulla Səiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tagi Sahbaz küçələrinin bir hissəsində elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq olunacaq.
Göyçay Elektrik Substansiyasına (ES) daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzı ərazilərində isə saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 13:00-dək Yevlax ES-nin ərazisində yerləşən Kövər kəndini də əhatə edəcək.
Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə: Bu ərazilərdə işıq olmayacaq