Azərbaycanın aqrar sektorunda dövlət dəstəyi ilə təqdim olunan aqrar sigorta mexanizmi genişlənir.
2026-cı ilin yanvar-iyun aylarında aqrar sigorta fondu vasitəsilə 341 min hektardan artıq əkin sahəsi və 3,300-dən artıq kənd təsərrüfatı heyvanı sigortalanmışdır. Hesabat dövründə Azərbaycanda 54,829 sigorta müqaviləsi bağlanmış və ölkə üzrə 341,224 hektar əkin sahəsi sigortalanmışdır.
Aqrar Sigorta Fondunun məlumatlarına görə, 41 bitki və bitki məhsulundan 32-si üzrə sigorta müqavilələri bağlanmışdır. Bu bitkilərə arpa, buğda, çəltik, qargıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəşgöz, qarğıdalı, heyva, portagal, yonca, alça, pomidor, baş soğan və sair daxildir. Azərbaycanda bütün rayonlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də əkin sahələrinin sigortalanması həyata keçirilir.
Sigortalanan əkin sahələrinin ən böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qargıdalının (11 min hektar) payına düşür. Aqrar Sigorta Fondu tərəfindən sigortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat məbləğində sigorta haqqı toplanmış və sigorta təminatının mətbəği isə 458 milyon manatdan artıq olmuşdur.
2026-cı ildə yanvar-iyun aylarında aqrar sigorta fondu tərəfindən 3,344 baş kənd təsərrüfatı heyvanı sigortalanmışdır. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sigorta haqqı toplanılmış və təsərrüfatlara 24.1 milyon manat məbləğində sigorta təminatı verilmişdir.
İlin ilk yarısında ümumilikdə təsərrüfatların sigortalanması üzrə 16 milyon 291 min manat sigorta haqqı toplanmış, ümumi sigorta təminatı isə 482.4 milyon manat təşkil etmişdir. Hal-hazırda ölkədə çəltik və qargıdalı sahələrinin sigortalanması davam edir. Aqrar Sigorta Fondu bu sahədə çalışan fermerləri avqustun 20-dək çəltik və qargıdalı sahələrini sigortalamaga çağırır.
Aqrar Sigorta Fondunun verdiyi məlumatlara görə, 41 bitki və bitki məhsulunun, habelə mal-qara və xırdabuynuzlu heyvanların sigortalanması həyata keçirilir. Aqrar sigortaya dövlət dəstəyi göstərilir; subsidiyalar tətbiq edilir. Yəni, sigorta haqqının 50%-ini dövlət tərəfindən ödənilir. Nəticədə, fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sigortalaya bilirlər.
Aqrar Sigorta Fondunun göstərdiyi xidmətlər, aqrar sigorta şərtləri və sigorta haqlarının məbləği haqqında məlumatları Aqrar Sigorta Fondunun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.
Mənbə: Azərbaycanda sigortalanan əkin sahələri 341 min hektarı keçib