Oktyabrın 10-da Azərbaycanda hava proqnozu
Oktyabrın 10-u üçün gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında fasilələrlə yağıntılar yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü yağışların olacağı, şimşək çaxma ehtimalının olduğu bildirilir. Axsama doğru tədricən yağışların kəsiləcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 14-17° isti, gündüz isə 19-21° isti olacağı düşünülür. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.
Azərbaycanda rayonlardakı hava proqnozu
Azərbaycanda rayonlarda da bəzən yağışların yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli intensiv yağışların olması, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə gecə və səhər bəzi rayonlarda qar yağıntılarının olacağı xəbər verilir. 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı mövcuddur. Axsam yagıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman meydana gələcəyi gözlənilir. Mülayim qəb küləyi isə əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda isə gecə 2-6° isti, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Mənbə: Sabah Bakıya yağış yağacaq