"İki ailəyə iki kupça almağın yolları"

Mülkiyyətində ikimərtəbəli fərdi yaşayış evi olan bir çox ailələri maraqlandıran əsas suallardan biri hər mərtəbəyə ayrı-ayrı çıxarışın (“kupça”) alınmasının mümkünlüyüdür

Mülkiyyətində ikimərtəbəli fərdi yaşayış evi olan bir çox ailələri maraqlandıran əsas suallardan biri hər mərtəbəyə ayrılıqda çıxarışın (kupça) alınmasının mümkünlüyüdür. Qanunvericiliyə əsasən, bir tikilinin hər mərtəbəsində fərqli ailələr yaşayırsa, həmin əmlaka 2 müstəqil çıxarışın alınması tamamilə mümkündür.

Əsas Şərtlər:

Arazmedia.az yenisabah-a istinadən xəbər verir ki, evin hər mərtəbəsinə tam ayrı çıxarışın alınması üçün tikilinin natura səklində bölünməsi həyata keçirilməlidir. Bu halda hər iki mərtə müstəqil yaşayış sahəsi kimi qeydiyyata alınır. Bunun üçün müəyyən texniki tələblər mövcuddur:

  • Hər mərtəbənin bir-birindən asılı olmayan müstəqil giriş-çıxışı olmalıdır.
  • Qaz, su və elektrik xətləri, eləcə də sayğaclar ayrılmalıdır.
  • Hər mərtəbə yaşayış üçün zəruri olan sanitar və mühit şəraitinə cavab verməlidir.

Paylı Mülkiyyət:

Əgər evin texniki quruluşu (məsələn, pilləkənin qapısı və ya ortaq giriş) tam bölünməyə imkan vermirsə, alternativ olaraq paylı mülkiyyət forması seçilir. Bu zaman:

  • Mülkiyyətçilərin hər birinə öz payını (məsələn, 1/2 pay) əks etdirən ayrı çıxarış verilir.
  • Notariat qaydasında “Yaşayış sahəsindən istifadə qaydası barədə müqavilə” bağlanır.
  • Müqavilədə 1-ci mərtəbənin bir ailəyə, 2-ci mərtəbənin isə digər ailəyə mənsub olduğu rəsmiləşdirilir.

Rəsmi Prosedur:

Hər iki mərtəbənin müstəqilliyinin təmin edilməsi üçün aşağıdakı mərhələlərdən keçilməlidir:

  1. Lisenziyalaşdırılmış mütəxəssis tərəfindən bölünmə planının hazırlanması: Evin və torpaq sahəsinin faktiki istifadə və bölünmə layihəsi tərtib edilir.
  2. Notarial müqavilənin bağlanması: Tərəflər arasında əmlakın bölünməsi və ya payların müəyyən edilməsi barədə saziş imzalanır.
  3. Dövlət qeydiyyatı: Tələb olunan sənədlərlə birgə “ASAN Xidmət” və ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir.

Nəzərə Alınmalı Vacib Məsələlər:

Sənədləşməyə başlamazdan əvvəl tikilinin və torpaq sahəsinin ilkin mülkiyyət sənədinin (çıxarışının) olması vacibdir. İlkin sənədi olmayan özbaşına tikililərdə əvvəlcə evin ümumi leqallaşdırılması prosesi keçirilməlidir. Tərəflər arasında bölünmə ilə bağlı razılıq əldə olunmazsa, məsələn, məhkəmə-tikinti ekspertizasının rəyi əsasında məhkəmə qaydasında həll edilir.

Mənbə: Bu evlərə 1 yox 2 "kupça" veriləcək

ÖNCEKİ HABER

"İki ailəyə iki kupça almağın yolları"

SONRAKİ HABER

Qaradağda 118 vətəndaşın müraciəti dinlənildi!