Azərbaycanda gənc sahibkarlar kredit potensial tələbatı 1,5 milyard ABŞ dollarına çatan geniş, lakin kifayət qədər iqtisadiyyatın inkişafına həsr olunmamış bazar seqmentini formalaşdırırlar. Bu barədə "Report" Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) istinadən məlumat verir.
Bu qiymətləndirmə Bakıda, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən EBRD-nin "Gənclər biznesdə" proqramına respublikada rəsmi qaydada start verilməsinə həsr olunmuş tədbirdə səsləndirilib. EBRD qeyd edir ki, gənclər qeyri-neft iqtisadiyyatının inkişafında, innovasiyaların stimullaşdırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayırlar. Lakin gənc müəssisə sahibləri hələ də adekvat maliyyə məhsullarına və məsləhət xidmətinə çıxış əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər.
"Gənclər biznesdə" proqramı, yerli tərəfdaş banklar vasitəsilə ünvanlı kreditləşmə və sahibkarlıq bacarıqlarının inkişafına kömək edən qeyri-maliyyə yardımı sayəsində bu maneələrin aradan qaldırılmasına yönəlib. Proqram mülkiyyətçiləri və ya rəhbərləri yaşının 35-dən çox olmayan sahibkarlar olan mikro, kiçik və orta müəssisələr üçün nəzərdə tutulub.
EBRD-nin vəzifəsi bu potensialın üzə çıxarılmasında Azərbaycana yardım etmək, yeni nəsil sahibkarlara dəstək göstərmək və daha çox şaxələndirilmiş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına dəstək verməkdir. Bank, bu imkanların yeni iqtisadi fəallığın yarandığı regionlar da daxil olmaqla, ölkənin bütün ərazisində sahibkarlar üçün əlçatan olmasına çalışır.
Bu təşəbbüs çərçivəsində Azərbaycanda praktiki maliyyəlaşdırma artıq başlayıb: 2025-ci ilin dekabrında EBRD "AccessBank"a 20 milyon ABŞ dolları (təxminən 17,1 milyon avro) məbləğində kredit xəti ayırıb ki, bu da ölkədə sözügedən proqram üzrə ilk investisiya olub. Bu maliyyələşmə çərçivəsində ilk zərər risklərinin qarşılanması üzrə zəmanət Aİ tərəfindən "Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plyus" (EFSD+) mexanizmi vasitəsilə təmin edilir.
Təşəbbüs EBRD-nin Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda topladığı analoji təcrübəyə əsaslanır. Bank Azərbaycanda ən böyük institusional investor qismində çıxış edir. Bankın milli iqtisadiyyata yatırımlarının ümumi məbləği iqtisadiyyatın şaxələndirilməsinə, özü də qeyri-neft sektorunun gücləndirilməsinə və "yaşıl enerji"yə keçidə yönəlmiş 200-dən çox layihə çərçivəsində 3,8 milyard avronu ötür.