"Bakı Enerji Həftəsi: Yeni İslahatlar və Yaşıl Enerji"

Hazırda ölkəmiz növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir

Bakı Enerji Həftəsi: Beynəlxalq Əhəmiyyət Daşıyan Bir Tədbir

Hazırda ölkəmiz növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak və çıxış edib.

Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsindədə enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayə yatırımı edən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar.

39 ölkədən 267 şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir.

Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.

Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələndirilir. Tədbrin statusunu daha da yüksəldən bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən əsas istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz bu sektorların təmsilçiləridir və onların üstünlükləri Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, “əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “əsrin müqaviləsi” adlandırıldı. O, həqiqətən, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. “Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanın stabillik və siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanın genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.

Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla birlikdə məhz yaşıl enerji sahəsinə yatırım qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.

Bu kimi mühüm platformalara beynəlxalq marağın ildən-ilə artması Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisidir. Azərbaycanın beynəlxalq əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir. Bu coğrafiya ABS, Avropa İttifaqı, Türkiyə, Ərəb-islam dünyası və digər bölgələri əhatə edir.

Ağarxım Baxisov - Dövlət İdarəçilik Akademiyası

ÖNCEKİ HABER

"Həkimə etibarın itirilməsi: İddialar gündəmdə"

SONRAKİ HABER

"Bakı Enerji Həftəsi: Enerji Potensialı və İnnovasiya"