Güclü külək və leysan yağışları üçün xəbərdarlıq!

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) xalqı gözlənilən hava şəraiti ilə bağlı xəbərdar edib. Nazirlik, yaxın günlər ərzində bəzi ərazilərdə güclü küləyin eseceyi, fasiləsiz yağıntının olacağı və yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı proqnozunu verib.

FHN, bu çətin hava şəraitini nəzərə alaraq, cəmiyyətə müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Güclü külək zamanı insanların yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaları tövsiyə edilir. Həmçinin, elektrik dirəkləri və naqillərin, hündür ağacların altından uzaq durmaq vacibdir. Güclü küləklə bağlı baş verə biləcək yanğınların söndürülməsi ilə bağlı çətinliklər nəzərə alınaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün isə insanlar təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikləri halda yaxınlıqdakı yüksəkliklərə qaçmalıdırlar. Eyni zamanda, ildirimlə bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamağın vacib olduğu bildirilib. Açıq havada olarkən elektrik xətləri, ildirim ötürücüləri, navalça və antenalara yaxınlaşmamaq lazımdır. Hündür ağacların altında daldalanmamaq və mümkün olduqda nisbətən çökək yerlərdə yerləşmək, avtomobildə olarkən isə hərəkəti dayandıraraq ildırımın bitməsini gözləmək tövsiyə edilir.

FHN eyni zamanda çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək, küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır. Nazirlik, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükə yarada bilər! Təhlükə zamanı 112-yə zəng etmək lazım olduğu vurğulanır.

ÖNCEKİ HABER

"Türkiyə-Azərbaycana Strateji Müttəfiqlik İcmalı"

SONRAKİ HABER

"15 İyun - Milli Qurtuluş Günü: Tariximizdə Bir Dönüş"