Müasir Televiziyalarda Xəbər Proqramlarının Yenilikləri
Müasir televiziyalarda xəbərlər proqramlarının yayımı və təqdimatı formasının mütəmadi olaraq yeniləndiyi müşahidə olunur. İllər öncə yayımlanan xəbər proqramları ilə indiki dövrdə təqdim olunan xəbərlərin müqayisəsində bir çox oxşar cəhətlər azdır. Müasir xəbərlərdə vizual və audio effektlərə geniş yer verilir. Bu, auditoriyaya töhfə və yeni texnologiyaların istifadəsi ilə yanaşı, tematik yayımda xəbər qrafik həlledilməsinin önəmini artırır. Data jurnalistikanın yanında vizuallaşdırmanın televiziya xəbərlərində tələb olaraq ortaya qoyulması diqqətəlayiqdir.Vizual və Audio Effektlərin Təsiri
Müasir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlər geniş yer tutmaqla, qrafik həlldə mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadənin xəbərin məzmununu daha anlaşılan, keyfiyyətli və təsir gücünü artırdığına inanılır. Müasir texnologiyalar yayımın keyfiyyətini artırmaqla yanaşı, səmərəliliyini və interaktivliyini də artırır. Televiziya kanallarını izlədikdə demək olar ki, bütün kanallarda xəbər proqramları mövcuddur və bunlar özlüyündə televiziyanın güzgüsü, simasıdır.Xəbər Proqramlarının Rolü
İllərin sınağından çıxmış, ölkənin ictimai-siyasi, iqtisadi, sosial və digər sahələrini işıqlandıran, gündəlik həyatda baş verənləri operativ şəkildə çatdıran xəbər proqramlarının rolu böyükdür. Özünə kifayət qədər auditoriya toplayan xəbər proqramlarından öyrəniləsi çox şey vardır. Yenicə fəaliyyətə başlayan xəbər proqramlarından biri də MTV kanalında yayımlanan "Xəbardartdır". İlyarım müddətində efirə çıxan "Xəbardart" izləyicilərini gündəlik xəbərlərlə məlumatlandırır. Proqramda dövlət maraqlarının müdafiəsi önəmli şərtlərdən biridir və bu, proqramın əsas prioritetlərindəndir.Dövlət və İctimai Maraqlar
Dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər və qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı real çağırışlar ortaya qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət məsələsi ilə yanaşı, bunlardan hansının daha üstün olması barədə fərqli siyasi düşüncələr ciddi araşdırıldıqdan sonra yayıma qərar verilir. Bu baxımdan ictimai-dövlət maraqlarının ön planda saxlanması aktual məsələlərdən biridir. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir."Xəbardart" Proqramının Müxtəlif Məzmunu
Yeni olmasına baxmayaraq, kiçik bir kollektivlə xəbər proqramlarının sırasına qoşulan "Xəbardart" gündə üç dəfə yayımlanır. Proqramda Prezident İlham Əliyevin siyasi fəaliyyəti, səfərləri, qəbul edilən qərarlar yayımlanır. İsgaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri, iqtisadiyyatımızda və sosial həyatımızda baş verən yeniliklər, dünya xəbərləri və mədəniyyət xəbərləri sırasında yer alır.Televiziyanın Gələcəyi
Xəbər televiziyanın bel sütunudur. Yeni mövsümdə "Xəbardart"da yeniliklər gözlənilir. Efirə veriləcək yeniliklər izləyicilər tərəfindən dərhal hiss ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqəti və qayğısı, bu sahədə verdiyimiz töhfələr bizi ruhlandırır. Bu sahədə göstərilən səy və qürurla, dövlətçilik məqsədimizə uyğun fəaliyyətimizi davam etdirəcəyik. Fatimə Pasayeva"Xəbardart" proqramının baş redaktoru