Azerbaycan və Özbəkistan Münasibətləri: Tarixi və Strateji Əhəmiyyət
Azərbaycan və Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir. Hər iki xalq türkdilli dünyaya mənsub olub, ortaq dil, din və adət-ənənələrə malikdir. Bu amillər göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri təkcə diplomatik əlaqələrlə məhdudlaşmır, eyni zamanda səmimi qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır.
Son illərdə Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq regionun əsas aparıcı aktorlarından birinə çevrilib. Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayan ölkəmiz, eyni zamanda Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar Azərbaycanı Şərq-Qərb əməkdaşlığının əsas qovşaqlarından birinə çevirmişdir.
Bu çərçivədə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri təkcə Azərbaycanın, eyni zamanda regionun rifahı üçün strateji əhəmiyyət kəsb edir. Bu fonda Azərbaycanla qardaş Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi xüsusi aktualdır.
Rəsmi Səfərlər və Müqavilələr
2025-ci il iyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri bu əlaqələrin yeni zirvəsidir. Dövlət başçıları tərəfindən imzalanmış Birgə Bəyannamə və digər sənədlər iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində qətiyyətli addımın təzahürüdür. Bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev də iyulun 2-də Özbəkistan Prezidentinə dövlət səfərinə gəlməsi zamanı mətbuata bəyanatında toxunmuşdur.
Cənab Prezident qeyd edib: “Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində şlamatdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.” Keçən il Daşkənd şəhərində Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ikitərəfli əlaqələrdə mühüm dönüm nöqtəsi olmuşdur. Bu müqavilə, iki ölkənin qarşılıqlı etimad və əməkdaşlıq səviyyəsinin ən yüksək göstəricisi kimi, münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığını rəsmi olaraq təsdiqləmişdir.
Güclü Əməkdaşlıq və Strateji Perspektivlər
Müqavilə çərçivəsində tərəflər siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə daha sıx əlaqələrin qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi istiqamətində qəti addımlar atmağı qarşılarına məqsəd qoymuşlar. Həmçinin, beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəyin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin olunması üçün birgə səylərin artırılması bu sahənin əsas prioritetlərindəndir. Bu müqavilə həm Azərbaycan, həm də Özbəkistan üçün qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələsini simvollaşdırır və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi zəmin yaradır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycanla qardaşlıq əlaqələrinin tarixi köklərinə toxunaraq, ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. O, həmçinin Qarabağın bərpası prosesində Özbəkistanın verdiyi dəstəyin vacibliyini vurğulamış və iki ölkənin gələcək əməkdaşlığının yeni layihələr və birgə təşəbbüslərlə zənginləşəcəyinə inam bildirmişdir.
Sonuç
Ümumilikdə, prezidentlərin bəyanatları göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri regionda sülh və sabitliyin təmin olunmasında, həmçinin iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bu, həm də iki ölkənin qarşılıqlı hörmət və anlaşma əsasında qurulan möhkəm tərəfdaşlığının göstəricisidir. Azərbaycan və Özbəkistan, həmçinin Türk Dövlətləri Təşkilatının inkişafında aparıcı rol oynayır. Hər iki ölkə Türk dünyasının birliyinin, ortaq iqtisadi məkanın formalaşmasının, mədəni-mənəvi dəyərlərin qorunmasının vacibliyini daim vurğulayır və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal fəaliyyət göstərir.
Bu münasibətlər xalqlarımız arasında qarşılıqlı hörmət və siyasi iradə əsasında daha da möhkəmlənəcək, regionda sülh, sabitlik və davamlı inkişaf üçün güclü zəmin yaradacaq. Azərbaycan və Özbəkistan arasında qurulan strateji tərəfdaşlıq təkcə iki dövlət üçün deyil, bütövlükdə bölgənin gələcəyi üçün ümidverici perspektivlər və yeni imkanlar açır.
Yazı: Samirə Hüseynova